İran Hörmüz boğazını gəmilər üçün bağladı
12 İyul 19:05
12 İyul 19:05
15 İyul 2019 10:57
2 884
Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi çərçivəsində 2019-cu ilin 15-19 iyul tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası – 100 il” adlı diplomatiya həftəsi təşkil edir.
Trend-in məlumatına görə, Azərbaycanın xarici siyasəti və nailiyyətləri ilə bağlı ölkəmizin aparıcı ali təhsil ocaqlarında təhsil alan 50-yə yaxın tələbəyə sahə üzrə daha dolğun məlumatların verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Xarici İşlər Nazirliyinin rəsmiləri, eləcə də diplomatik nümayəndəliklərimizin rəhbərləri tərəfindən mühazirə və seminarlar təşkil olunacaqdır.
Tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin zəngin irsi barədə daha geniş məlumatın verilməsi məqsədilə tələbələrin Heydər Əliyev Mərkəzinə səfəri nəzərdə tutulub.
Habelə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş baş prodüseri xanım Arzu Əliyevanın olduğu “Əbədi ezamiyyət” sənədli filminin nümayişi nəzərdə tutulub.
12 İyul 14:01
1 911
12 İyul 09:56
6 461
11 İyul 20:34
2 079