Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
10 Oktyabr 2019 11:28
2 163
Sabah David Qareci (Keşikçidağ) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq.
Report xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Georgi Qaxariya hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Keşikçidağ məsələsi Azərbaycan Prezidenti İlham Əliyevlə ötən gün Bakıda keçirdiyi görüşdə müzakirə olunub:
“Təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var. Bu, bizim postsovet irsimizdir və problem 25 il ərzində həll olunmayıb”, - deyə hökumət başçısı vurğulayıb.
Baş nazir qeyd edib ki, Keşikçidağ məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir.
G.Qaxariya Gürcüstan vətəndaşlarını Keşikçidağ məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb:
“Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”.