“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
10 Dekabr 2019 12:22
1 883
Mərkəzi Seçki Komissiyası qarşıdan gələn 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində müxtəlif istiqamətli layihələri davam etdirir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, dekabrın 10-dan etibarən növbəti mühüm layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara start verilib. Tədbir dairə seçki komissiyalarının İT mütəxəssislərini Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi və onun yenilənərək daha da təkmilləşdirilən imkanları barədə ətraflı məlumatlandırmaq, sistemin proqram təminatlarından praktiki istifadə etmək, həmçinin İT mütəxəssislərini maraqlandıran məsələlərə əyani şəkildə aydınlıq gətirmək məqsədi daşıyır.
Seminarlar zamanı dairə seçki komissiyalarının İT mütəxəssislərinə bələdiyyə seçkiləri günü seçicilərin fəallığı və səsvermənin nəticələrinə dair protokol məlumatlarının birbaşa MSK-ya ötürülməsi üçün hazırlanan xüsusi proqram modullarından test rejimində istifadə etməyə imkan yaradılacaq ki, bu da onların praktiki biliklərini, peşəkar vərdişlərini və iş təcrübələrini daha da artıraraq, səsvermə günü sistemdən dəqiq və rahat istifadəni təmin edəcək.
Bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində son maarifləndirmə layihələrindən olan dairə seçki komissiyalarının İT mütəxəssisləri üçün seminarlar dekabrın 11-i başa çatacaq.
13 Yanvar 20:18
994
13 Yanvar 20:17
1 036
13 Yanvar 19:20
1 015