BAXCP-də deputatlığa namizədlərlə görüş keçirilib Siyasət

BAXCP-də deputatlığa namizədlərlə görüş keçirilib

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi mənzil qərargahında deputatlığa namizədliyi irəli sürülən şəxslərlə görüş keçirilib.
Görüşdə çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın seçki platformasının əsas istiqamətlərindən söhbət açıb, deputatlığa namizədliyi irəli sürülmüş şəxslərə uğurlar diləyib.
Qeyd edək ki, BAXCP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş bəzi şəxslərin mübarizə aparacağı bəzi dairələr artıq müəyyənləşib. Yekun siyahının hazırlanması ilə bağlı müzakirələr davam edir. Yaxın günlərdə BAXCP tərəfindən deputatlığa namizədliyi irəli sürülən şəxslərin yekun siyahısı açıqlanacaq.