15 Yanvar 15:09
15 Yanvar 14:21
27 Yanvar 2020 12:00
2 254
Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, həmin namizədin adının bülletendən çıxarılması üçün addımlar atılacaq.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.
MSK sədri deyib ki, namizədin adının seçki bülletenindən çıxarılması mümkün olmasa, Seçki Məcəlləsinin tələbinə görə, onun adının üstündən xətt çəkiləcək. “Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları seçki bülleteninə düşməsin”,- deyə M.Pənahov bildirib.
Qeyd edək ki, Milli Məclisə parlament seçkiləri fevralın 9-da keçiriləcək.
15 Yanvar 17:09
1 078
15 Yanvar 16:46
1 120
15 Yanvar 15:23
1 330