Hüquqi qüvvəsi olmayan qərarların presedentə çevrilmə təhlükəsi Siyasət

Hüquqi qüvvəsi olmayan qərarların presedentə çevrilmə təhlükəsi

Arzu Nağıyev: "Kaliforniya Senatının qərarı ABŞ-ın xarici siyasət kursu ilə ziddiyyət təşkil edir"
Tofiq Abbasov: "Kaliforniya ştatının separatçı rejimlə bağlı qərarı Ağ evin mövqeyini dəyişdirə bilməz"

ABŞ-ın Kaliforniya ştatının Senatının qondarma "DQR"in müstəqilliyinin tanınması barədə qərarı Azərbaycanda sərt təpki ilə qarşıdanıb və hələ də müzakirə mövzusu olaraq qalır. ABŞ-ın Kaliforniya ştatının separatçı rejimlə bağlı qərarını Ağ Evin mövqeyi kimi dəyərləndirmək olarmı? Bu qərarın presedentə çevrilmə təhlükəsi nə qədərdir? Azərbaycan hansı önləyici addımlar atmalıdır?
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Kaliforniya ştatının Senatının qondarma "DQR"in müstəqilliyinin tanınması barədə qərarını "lazımsız kağız parçası" adlandırıb. XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, qətnamənin heç bir qanuni qüvvəsi yoxdur və erməniyönümlü konqresmenlər tərəfindən irəli sürülüb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir ki, Kaliforniya ştatı Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə ABŞ-ın siyasətini əks etdirmir: "ABŞ-ın xarici siyasəti federal şura tərəfindən müəyyənləşdirilir. Ştatlar öz fikirlərini ifadə etməkdə sərbəstdir. Lakin bu fikirlər dövlətin xarici siyasətini əks etdirmir. Kaliforniya ştatı senatının qəbul etdiyi qətnamə qanunverici orqanın fikrinin ifadə edilməsidir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişmir".
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib ki, ABŞ senatorları və konqresmenlərinin erməni lobbisinin təsiri altında olduğu faktdır. Partiya sədrinin sözlərinə görə, erməni diasporu uzun illərdir ABŞ-ın həm siyasi, həm də iqtisadi həyatında geniş fəaliyyət göstərir: "Bu gün erməni lobbisi ABŞ-ın siyasi həyatına təsiretmə imkanına malikdir. Hesab edirəm ki, bu fakt bizi Ermənistana qarşı apardığımız ədalətli mübarizədən çəkindirməli deyil".
Politoloq Arzu Nağıyev bildirdi ki, ümumiyyətlə ABŞ-ın Kaliforniya ştatının senatının belə bir qətnaməni gündəmə gətirməsində təəccüblü bir şey yoxdur. Onun sözlərinə görə, bundan əvvəl də ABŞ-ın bir neçə kiçik Merilend, Men, Luiziana kimi ştatları da belə bir qərarın qəbulu haqqında maraq göstəriblər: "Bu qərarların heç biri hüquqi gücü də yoxdur. Çünki, ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşdirilir. Ştatlar azad şəkildə öz fikirlərini bildiririlər. Məlumdur ki, bu ştatlarda və Kaliforniyada xeyli erməni yaşayır və "DQR"i tanıtmaq üçün necə deyərlər "dəridən qabıqdan" çıxırlar. Bu ştatlarda əsasən Demokratlar partiyasını nümayəndələri çoxluq təşkil edir və ermənilər də bundan istifadə edirlər. Çünki demokratların fikrincə belə qərarlar əsasən guya ki, "öz müqəddəratını təyinetmə və demokratiya" istiqamətində dəyərlərin qəbul edilməsidir. Artıq ABŞ - da bu saxta qətnamə ilə bağlı dövlətin xarici siyasət kursu ilə ziddiyyət təşkil etdiyi üçün neqativ fikir və reaksiyalar da var. ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatı da buna bir misaldır...".
Politoloq Tofiq Abbasov vurğuladı ki, Kaliforniya ştatının separatçı rejimlə bağlı qərarı Ağ Evin mövqeyini dəyişdirə bilməz. Onun fikrincə, bu addımı sırf ermənipərəst seçicilərin təsirinin təzhürü kimi qiymətləndirmək olar: "Çünki Kaliforniyada çoxsaylı erməni əhalisi yaşayır və onlar seçici qüvvəsi həlledici amilə çevrilib. Yəni yerli siyasətçilər, idarəetmə təsisatlarında çalışanlar erməni amilini həmişə nəzərə almağa məcburdur. Lakin bu məqam qarşısında təslim olmaq düzgün sayıla bilməz. Həmin ştatda xeyli sayda Azərbaycan əsilli insanlar da yaşayır. Müxtəlif mənbələr Amerikanın bu ştatında 2 milyona yaxın soydaşımızın olmasını diqqətə gətirir. Onlar əksəriyyəti İran azərbaycanlıları olsa da, bu kütlə ilə sıx işləmək lazımdır.
Sözügedən kontekstdə ermənipərəst lobbi hərəkətli davranıb elektoral qüvvə ilə birbaşa əməkdaşlıq edir. Bu gedişdən yararlanmaq vacibdir. Heç də labüd deyil ki, elektoral qüvvə ilə sırf siyasi münasibətlərə Heç də labüd deyil ki, elektoral qüvvə ilə sırf siyasi münastəvidə əməkdaşlıq qurulsun. Əvvəlcə bu insanlarla münasibət qurmaq lazımdır, sonra isə mədəni-sivilizasiya sferada əməkdaşlıq etmək vacibdir. Nə qədər ki, bizim bu yerlərdə öndə olanlarımız passivlik nümayiş etdirəcək, ermənilər və onların havadarları boşluqdan istifadə edib hücum mövqeyini qoruyacaqlar".
AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov söyləyib ki, Kaliforniya ştatının bu cür addımı beynəlxalq aləm üçün də təhlükəlidir: "ABŞ-ın Kaliforniya ştatının Senatı "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" tanınması haqqında qəbul etdiyi qətnamə separatizmin və terrorçuluğun rəsmi və açıq surətdə dəstəklənməsi deməkdir".
Əli Orucov onu da vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçi və həmsədr dövlətlərdən biri olan ABŞ-da belə bir "sənəd"in qəbulu təkcə erməni lobbisinin fəaliyyətinə bağlı deyil, bu həm də rəsmi Vaşinqtonun Azərbaycana qarşı siyasətində sadiq qaldığı ikili standratların daha bir bariz nümunəsidir. ABŞ-in erməni amilindən Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməsi yeni deyil. Lakin bu cəhdlər əksinə Birləşmiş Ştatların nüfuzuna xələl gətirməklə yanaşı, ona olan etimadı azaldır. Dünyanın tərəqqipərvər qüvvələri getdikcə artan separatizmi, terrorçuluğu və zorakılıqların qarşısını almağa çalışdığı bir vaxtda ABŞ-ın Kaliforniya ştatının bu cür addımı beynəlxalq aləm üçün də təhlükəlidir".

Əli