Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Mütəfiqini göstər...

Mütəfiqini göstər... Siyasət

Mütəfiqini göstər...

Niyaməddin Orduxanlı: "Türkiyəni, Pakistanı, İsraili, Ukraynanı, Gürcüstanı, qeyd etmək olar"
Arzu Nağıyev: "Azərbaycanla siyasi, iqtisadi, hərbi sahədə ümumi marağı olan dövlətlər həddən artıq çoxdur"
Əli Orucov: "Azərbaycan dünyada özünə nə qədər tərəfdaş qazana bilsə mövqeyi daha möhkəm olar"
Üzeyir Cəfərov: "Qardaş Türkiyə, Pakistan, İran, Ukrayna, Rumıniya, Bolqarstan və digər ölkələrlə sıx hərbi əməkdaşlığımız günü gündən artır"
İlqar Altay: "Bu sırada qardaş Türkiyəni və qonşu Gürcüstanı görmək olar"

"NATO-nun Baltikyanı respublikalardakı rusdilli əhalinin dostu olması Kremlin müdafiəçiləri üçün yaxşı fakt deyil. Heyif ki, Ukraynanın doğusunda yaşayanların bu məsələdə bəxti gətirməyib". Bu sözlər Britanıyanın nüfuzlu media quruluşlarından "The Gardian"ın Rusiya-Ukrayna savaşı ilə bağlı təhlilindəndir. Məqalə müəllifi Rafael Ber yazır: "Rusiya Krımı işğal edən gün Sankt-Peterburqdakı dostum məktub yazıb üzr istəmişdi: "Təəssüf edirəm ki, mənim ölkəm ağlını itirib. Bizim dostluğumuzun 20 illik tarixi var. Çox qəribədir, mən prezident Boris Yeltsinin özbaşınalıq dönəmində tələbə idim, o zaman xarici media müxbiri olaraq Vladimir Putinin necə qayda-qanun yaratdığını öz gözlərimlə görmüşdüm. O zaman Rusiyada baş verən olaylar mənim dostumu liberal dissidentə çevirmişdi.
Bu günkü olaylar mənə onun adını açıqlamamağı diktə edir. Dostum sovet vətənpərvərliyi ruhunda yetişmək üçün çox gec anadan olmuş perestroyka dönəminin nəslini təmsil edir. Bu nəsil yaşadığı gerçəkliklərlə televiziyalarda gedən Kreml təbliğatı arasında nə qədər kəskin fərq olduğunu xatırlayacaq yaşdadır. Rusiya keçmiş sovetlər birliyində demokratiyaya keçidin "anasını ağladan" tək ölkə deyil, ancaq o ən böyük və ən təhlükəlidir. Varşava Sazişinin NATO-ya və Avropa Birliyinə daxil olan üzvlərinin bəxti gətirib. Onlar siyasi, iqtisadi, sosial islahatları keçərək bəlli bir düzən yarada bildilər. NATO və Avropa Birliyini seçməyənlərin durumu isə acınacaqlıdır".
Ümumiyyətlə dövlətlərarası daimi dost anlayışı varmı?
Hansı ölkələri Azərbaycanın mütəfiqi hesab etmək olar və nə üçün?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirdi ki, bu gün Azərbaycan dövlətinə ən yaxın müttəfiq ölkələri Türkiyəni, Pakistanı, İsraili, Ukraynanı, Gürcüstanı, qeyd etmək olar: "Bu ölkərlə bir çox sahalərdə, hərbi, istisadi və digər sahalərdə əməkdaşlıq edilir. Bu ölkərlə başqa ölkələrlə müqayisədə Azərbaycana daha yaxındır...".
Politoloq Arzu Nağıyev "Uinston Çörçilin bir sözü var: "Dövlətin dostu olmur, maraqları olur",- deyə bildirdi : "Məlumdur ki, bu gün Azərbaycanla siyasi, iqtisadi, hərbi sahədə ümumi marağı olan dövlətlər də həddən artıq çoxdur. Bu gün Azərbaycan üçün tərəfdaş ölkələrdən ən başda duranı Türkiyədir. Çünki, beynəlxalq səviyyədə Azərbaycana daima öz maraqları və əlbəttə ki, bizim maraqlar çərçivəsində dəstək verən bir dövlətdir. Geosiyasi baxımdan iqtisadi və siyasi maraqlarımız olan ikinci ölkə Gürcüstan və Rusiyadır. İstər Rusiya, istərsə də Gürcüstanla müəyyən üst-üstə düşməyən maraqlarımızın olmasına baxmayaraq ümumən tərəfdaş kimi səviyyəli əlaqələrimiz qənaətbəxşdir. Ukraynada baş verən hadisələr kontekstində "ssenari"nin Qarbağ hadisələrinə çox yaxınlığı ölkələrimizin tərəfdaş kimi fəaliyyət göstərməsinə bir təkan verdi. Eyni sözləri Türkmənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, hətta Belorus haqqında da demək mümkündür. İran tarixən qonşu və azərbaycanlıların ən çox yaşadığı dövlət olduğu üçün istər strateji, istərsə də digər məsələlrdə tərəfdaşdır. Baxmayaraq ki, bir sıra dövlətlərin bu tərəfdaşlığa qısanclığı mövcud olsa da, hərbi baxımdan İsraillə yüksək səviyyəli tərəfdaş əlaqələrimiz var. Bu siyahını əlbəttə genişləndirkmək olar, belə ki, Çin, Cənubi Koreya, Yaponiya və digər dövlətlərlə, ərəb dünyası ilə iqtisadi baxımdan tərəfdaş əlaqələrimiz var. Avropa, ümumiyyətlə qərb dövlətləri, ABŞ-la hər bir sahədə ümumi maraqlarımız mövcuddur. Son zamanlar Cənubi Amerika, bir sıra Afrika dövlətləri və Avstraliya ilə də tərəfdaşlıq genişlənməkdədir. Bir sözlə, yuxarıda qeyd etdiyimiz kimi dünyanın qloballaşma dövrünü yaşadığı bir ərəfədə tək başına, heç bir bloka və ya quruma qoşulmadan fəaliyyət göstərmək çox çətindir. Əlbəttə ki, ümumi maraqlar olmalıdır...".
Ekspert Əli Orucov vurğuladı ki, Azərbaycan dünyada özünə nə qədər dost və tərəfdaş qazana bilsə bir o qədər də mövqeyi daha möhkəm və sözü daha ötkəm olar: "Bunu üçün də ilk növbədə beynəlxalq aləmin sayğı durduğu dəyərlər və prinsiplər inkişaf etdirilməlidir. Mən Azərbaycanın maraqlarına onu ərazi bütövlüyünə və təhlükəsizliyinə hörmətlə yanaşan, millətimizin iradəsi ilə hesablaşan, dövlət atributlarımıza sayğı göstərən hər bir dövləti və xarici qurumu Azərbaycanın dostu və müttəfiqi hesab edirəm".
Hərbi ekspert Üzeyir Cəfərli diqqətə çatdırdı ki, bu gün Azərbaycanın dünyada yaxın dostu və müttəfiqi olan ölkələrin sayı xeyli artıb: "Bu proses günü-gündən artan xətt üzrə gedir. Həmin ölkələr həm keçmiş SSRİ məkanında bizimlə bərabər olmuş respublikalardandılar, həm də Avropa, Amerika və Asiya qitəsindən olan ölkələrdir. Bu siyahıya biz Afrika ölkələrindən olan müttəfiqlərimizi də əlavə etsək, böyük bir siyahı alınar. Əgər əvvəlki illərdə həmin ölkələrlə biz daha çox iqtisadi, mədəni sahələrdi əməkdaşlıq edirdiksə, indi bu özünü hətta hərbi-texniki sferada da göstərir. Bizim NATO kimi dünyada güclü söz sahibi olan hərbi-siyasi təşkilatla da sıx əlaqələrimiz var. Bu təşkilatın ən nüfuzlu ölkələrindən biri olan qardaş Türkiyə Respublikası isə bizə ən yaxın ölkə sayılır. Bizim qardaş Türkiyə, Pakistan, İran, Ukrayna, Rumıniya, Bolqarstan, həmçinin adını çəkmədiyim onlarla ölkələrlə sıx hərbi əməkdaşlığımız günü gündən artır. Sentyabrın 11-də Bakıda öz işinə başlayacaq Beynəlxalq Müdafiə Sərgisində bizə rəğbəti olan çoxlu ölkələr iştirak edəcəklər".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay "təəssuflər olsun ki, Azərbaycanın müttəfiqi ola biləcək ölkələrin sırası elə də geniş deyil",- deyə bildirdi: "Yəni rahat və arxayın müttəfiq seçimi etmək elə də asan deyil. Azərbaycanın əsl səmimi müttəfiqi o ölkə ola bilər ki, bizim varlıq və inkişafımız həmin ölkənin milli maraqlarına uyğun gəlsin. Bu sırada qardaş Türkiyəni və qonşu Gürcüstanı görmək olar".

Əli