Palata 2019-cu il üzrə 5 auditin nəticəsi ilə bağlı materialları Baş Prokurorluğa göndərib Siyasət

Palata 2019-cu il üzrə 5 auditin nəticəsi ilə bağlı materialları Baş Prokurorluğa göndərib

“Hesabat ilində 5 auditin nəticəsi ilə bağlı materiallar müvafiq qaydada Baş Prokurorluğa göndərilib”.

Bu, bu gün Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tərəfindən təqdim edilən “Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti barədə hesabatı”nda yer alıb.

V. Gülməmmədov bildirib ki, prokurorluq orqanlarına göndərilmiş işlər arasında yenə də dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması halları daha çox olub.