Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək
Parlament Azərbaycan və Türkiyə arasında təhsillə əlaqədar əlavə protokolları təsdiqləyəcək
Azərbaycanda aqrar sahədə mütəxəssis çatışmazlığı var, buna görə xaricdən dəvət olunur
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
9 May 2020 15:26
4 683
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilir ki, Prezident İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Rusiya Prezidentini və dost Rusiya xalqını təbrik edib.
Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, bayram münasibətilə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təbriklərini çatdırıb.
Dövlət başçıları koronavirusla mübarizə istiqamətində görülən işlər və ölkələrimizin bu sahədə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.