İran Hörmüz boğazını gəmilər üçün bağladı
12 İyul 19:05
12 İyul 19:05
24 May 2020 19:35
2 996
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını 28 May Respublika Günü münasibətilə təbrik edib.
Təbrik məktubunda qeyd edilib ki, Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlərin tarixinin 100 il əvvələ - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxmasına baxmayaraq, əlaqələr Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daha da inkişaf edib və möhkəmlənib.
B. Bləkmən ölkələrimiz arasında münasibətlərin səmimi dostluğa, qarşılıqlı inam və etimada əsaslanan möhkəm təməl üzərində qurulduğunu vurğulayıb: “Əminik ki, Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələr gələcək illərdə daha da inkişaf edəcək. Ümid edirik ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tezliklə bərpa edəcək. İcazə verin, həmçinin COVID-19-a qarşı mübarizə apardığı bu çətin vaxtlarda Azərbaycanla həmrəyliyimizi ifadə edək. Zati-aliləri, xahiş edirik Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının davamlı inkişafı üçün bütün səylərinizdə böyük uğurlar arzularımızı qəbul edin”.
12 İyul 14:01
1 883
12 İyul 09:56
6 426
11 İyul 20:34
2 065