Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
4 İyul 2020 12:32
5 215
"Son aylar cəmiyyətdə siyasi fəallıq artıb. İqtidarla müxalifət partiyaları arasında siyasi təmaslar intensivləşib".
Bunu jurnalist, "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə keçirdiyi görüşlər cəmiyyət tərəfindən müsbət qarşılanıb və "siyasi açılım"ın effektli olacağına ümid yaradıb: "İqtidar-müxalifət dialoqu formatına doğru irəliləyən proses partiya rəhbərləri tərəfindən də alqışlanır. Bu proses çərçivəsində qısa zamanda 7 partiya haqqında qərar qəbul olundu. Siyasi partiyaların qeydiyyat məsələsi uzun illər idi ki, problem olaraq qalırdı. Bu problemin həlli, müxalifət təmsilçilərinin dialoq masasına dəvət edilməsi Azərbaycanda sivil siyasi münasibətlərin formalaşacağına ümid yaradır".
Bununla belə QHT sədri hesab edir ki, ölkədə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm inkişafı, partiyalarla, siyasi institutlarla dialoqun möhkəmləndirilməsi istiqamətində hələ çox işlər görülməlidir. "Siyasi hakimiyyət opponentlərini danışıq masasına dəvət etməklə, onlarla təmas qurmaqla illərlə yaranmış "buzu sındırdı". Ümid edirik ki, şüurlarda daşlamış "iqtidarla müxalifət mütləq düşmən olmalıdır" düşüncəsi əriyəcək, sivil münasibətlər sistemi ortaya çıxacaq"-deyə, Elman Cəfərli bildirib.
08:27
350
08:25
357
08:22
406