Səngər adamları Siyasət

Səngər adamları

Koronavirusun demək olar ki, hər şeyi unutdurduğu vəya arxa fona keçirdiyi bir dövrdəyik. Amma unutmalı olmadığımız bir yer var – CƏBHƏ XƏTTİ.
Azərbaycanın Ermənistanla cəbhə xəttindən danışırıq. Çoxumuzun hansı uzunluqda olmasından xəbəri yoxdur. Googleyə baxmayın, özüm deyirəm - 246 kilometr. Yəni, kəmiyyət vahididir.
Bəs tale xətti cəbhə xətti illə kəsişən şəxslərin yaşadıqlarının keyfiyyət parametrlərini necə ölçək? Məsələn, Ümidlərin, Vətən Sevgilərini. O sevgi ki, o olmasa cəbhə xəttində yaşamaq mümkün deyil...
Böyük hərflərlə yazdığımz SƏNGƏR ADAMLARI yaşayır o sevgini...
Əlbətdə, birinci SƏNGƏR ADAMI Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevdir!
Ad gününü cəbhə bölgəsində keçirtməklə, ön xəttdə fəaliyyət göstərərən hərbi və mülki şəxslərə diqqətiylə göstəririr bu sevgini. Bu gün hərbiçilərimizin cəbhəboyu nümunəvi döyüş növbətçiliyi aparması və rahat məişət şəraitindən hamımız xəbərdarıq.
SƏNGƏR ADAMLARI ilk növbədə cəbhə xəttindəki zabit, gizir, çavuş və əsgərlərdir (qəsdən geniş yazıram, hər bir hissəsini tanıyın ordumuzun) . Sonra ön xəttə bitişik kənddə, evdə, rayonda yaşayan “yerli sakinlər”, “məskunlaşmış məcburi köçkünlər “ dediyimiz insanlardır.
Və nəhayət bizik – media orqanlarının cəbhə bölgə müxbirləri və operatorları...
BİZ SƏNGƏR ADAMLARIYIQ
İstisnalar həmişə var. Bu dəfə yazımın qəhramanlarından biri özüməm. Azərbaycan milli mətbuatının 145 illik yubileyi ərəfəsində və ömrümün 50 ilinin astanasında təvözokrlıqdan uzaq olsa da , bunu yazmaq zərurətini hiss elədim.
Yazım bu gün Qarabağ bölgəsində qələmiylə və kamerasıyla “döyüşən” jurnalistlər və operatorlarıi - Şöhrtə Eyvazov(İctiami Tv və “Hərbi And” qəzeti), Habil Aslanoğlunu (Lider və APA Tv) , Şamxal Adıgözəlovu (Xəzər TV), Pərviz İmranoğunu (Az TV), Daşqın Abdullayevi (Arb), Tahir Ağamməmədovu (AzərTAC) , Emin Babayevi (Space), Elgün Gəncimsoyu (ordu.az), bölgədə fəaliyyətini dayandırmış Allahverdi Əsədovu, Şahin Rzayev, Ramil İbrahimov, Hafiz Abbasovu, Sənan Həsənoğlunu, Teymur Zahidoğlunu, eləcə də operatorları -Vüsal Quliyevi (İTV), Elgün Qənbərovu (AzTv) , Vicay Vəliyevi (ATV), Loğman İsmayılov(Xəzər TV), Şamo Adığözəlovu (Space Tv), Ziya İsmayıloğlunu (Lider TV) – eləcə də hal-hazırda çalışmayan Fərid Əsədov, İlqar Fərmanlını, Zaur Naibovu , Eldəniz Vəliyevi və Fəxri Məmmədovu bir daha xatırlamaq üçündür.
Romen Rollan deyir ki, “İnsanı özü yetişdirir, dostları tanıdır”. Lakin bunun üçün dostlarında səni tanımasına ehtiyac olur çox vaxt, elə deyilmi?
Elə isə, əziz dostlar, yaxın oturun, danışaq. Jurnalist fəaliyyətimdə tamaşaçılara və oxucularla çox adamı tanış eləmişəm, indi özümü tanıdacam. Çalışacam mübağiləyə yol verməyim – çətin olsa da.
Tərcümeyi-hala hamı anadan olduğu yer və vaxt haqqında danımaqla başlayır. Amma, mən bu qaydanı pozaraq bu gündən başlayıram tərcümeyi-halıma.
Hal-hazırda İctimai Televizya və Radionun İnformaiya Departamentinin böyük redaktoru – Qarabağ müxbiri və “Hərbi And” qəzetinin müxbiriyəm. Hər iki media qurumu yaranan gündən ordayam – iş stajım “Hərbi And” qəzeti və İctimai TV-nin mövcudluq tarixləriylə üst-üstə düşür.
Deməli, hərbi jurnalistikaya başlamağımdan 18 il keçir.
Bu gün cəmiyətimiz üçün səngər jurnalistikası, hərbi jurnalistika, ekstermal jurnalistika demək olar ki, gözə görünməz bir durumdadır. Ən azından, bir cəbhə müxbiri şou-biznes nümayədəsindən müqayisə olunmaz dərəcədə az tanınmaqdaır. Günah və günahkar axtarmaq istəmirəm, bu tamamilə ayrı mövzudur.
Müharibə görənlər bilir. Əlisəfa Mehdi demişkən, “Kim müharibəni bir dəfə görübsə, müharibə onun üçün heç vaxt bitmir”
“Bizi unutmazlar” - təsəllisi mənə Qarabağ müharibəsindəki xeyli rastlaşdığımız vəziyyəti xatırladır. Döyüşdə sursat və ərzaq qutaranda : - “Ola bilməz ki, yaddan çıxaq”- mütləq kömək gələcək, deyirdik.
Qarabağ demişkən, mən jurnalist “təhsilimi” elə orda, döyüşdüyüm yerlərdə almışam. Bilənlər təsdiq edər, mənim o vaxtkı sorğularımı. Sabaha sağ çıxacağımıza ümidimiz az olsa da, nə vaxtsa bu qeydlərə ehtiyacım olcağını bilirdim.
Jurnailstikadan əvvəlk hərbidə olduğuma görə, həmin illərin haqqında danışım bir az. 1993-cü ildə Azərbaycan Milli Bankında işimi yarımçıq qoyub, leytenant rütbəsiylə Azərbaycan Ordusunda xidmətə başladım.
Ən gərgin döyüşlərin getdiyi Tərtər-Ağdərə bölgəsində aktiv döyüş əməliyyatlarında artilleriya kəşfiyyatı zabiti kimi nümunəvi xidmət elədim. Atəşkəs dövründə Tərtərin Çaylı və Qazaxın Fərəhli kəndlərində yerləşən komandiri olduğum artilleriya bölməsi yuxarı hərbi birləşmədə birinci yerə çıxdı. Türkiyədə hərbi təhsil zamanı öyrəndiklərimi NATO standartlarına keçən zaman köməyimə çatdı.
2001-ci ildə cəbhə bölgəsində xidmətim nəzərə alınmaqla 20 il stajla kapitan rütbəsiylə ordudan tərxis olundum, Silahı Qüvvələrin təqaüdçüsüyəm. Etdyim qüsursuz xidmət müddətsiz verilən “Müharibə Veteranı” vəsiqəmlə fəxr etməyə kifayət edir!
Cəbhə bölgəsndə hərbi xidmətim dövründə sağlamlığımı itirməyimə və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından bunu təsdiq edən müvafiq sənədlər olmasına baxmayaraq, yenidən başlayacaq döyüş əməliyyatlarında iştirak edə bilmək üçün əlillik statusu almadım.
2002-ci ildə tərxis olunmuş zabit dostlarımızla müstəqil hərbi-vətənpərvrlik media orqanını - “Hərbi And” qəzetini yaratdıq və bu gündə həmin qəzetlə əməkdaşlığım davam edir. Orduda içdiyim “Hərbi And” kimi bu “Hərbi And”a da sadiqəm.
2005-ci ildə isə İctimai Televiziya fəaliyyətə başlayanda işləməklə bağlı müraciətim müsbət qarşılandı. Yəqin ki, həm az-çox qəzetçilik təcrübəmi, həm də ehtiyatda olan kapitan olduğumu nəzərə aldılar və hərbi-vətənpərvərlik proqramı olan “Salam Əsgər” verilişində fəaliyyətə başladım. Yadımdadır, ilk süjetlərimizdən biri Ramil Səfərovun atasıyla müsahibə idi. “Həqiqət necə varsa” müəllif proqramında İrəvana aid veriliş hazırladım. 2007-ci ildə həbsxanalardan hazırladığımz “Gözlə məni” verilişininə aparıcılq etdım.
2007-ci ilin avqustunda İctimai Televiziyanın rəhbərliyi cəbhə bölgəsində hərbi xidmətimi nəzərə alaraq, mənə Qarabağ bölgə müxbiri vəzifəsini təklif etdilər. Çox həvəslə gəldim. Əslində bu mənim Qarabağ bölgəsinə ikinci gəlişim idi. 1993-cü ildə ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirak üçün gəlmişdim. İndi isə, silahı qələmlə əvəz etdim. Missiya eyniydi, Vətənə xidmət.
2018-ci ilin sonunda isə, etimad göstərərək, İctimai Televizyanın İnformasiya departamentinə böyük redaktor təyin etdilər. Çalışdıq və çalışırıq, bu etimadı da doğruldaq.
Ötən müddətdə, Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə güclənən ordu quruculuğu və “Ordumuzun Memarı” Heydər Əliyev irsininin təbliği ilə bağlı müxtəlif layihələrin müəllifi olmuşam, eləcə də Qarabağ bölgəsinin sosial-iqtisadi inkişafı haqqında mütamadi xəbərlər və süjetlər hazırlamışam.
2003-cu ildə keçirilən prezident seckilərində “Gəncliyin secimi – İlham Əliyev” Ümumrespublika Gənclər Hərəkatında fəal iştirak etmişəm, 2008-ci il, 2013-cü il və 2018-ci il və 2020-ci il seckilərində isə jurnalist kimi seckilərin şəffaflığını və demokratikliyini əks etdirən materiallar hazırlamışam.
2018-ci ildə keçirilən prezdent seçkilərində “Respublika ərazisi üzrə müşahidəçi” olmuşam.
Heydər Əliyev Fondunun dəstəyi ilə “Hərbcinin qeyd və yaddaş kitabcası”, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Ordudan təxris olan gənclərə iş tapmaqda məsləhətlər” nəşrlərinn tərtibcisi, “Qərbi Azərbaycan salnamələri” kitabının muəllifiyəm.
2019-cu ildə Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabını hazırlamışam və “Ermənistanın Azərbaycana qarşı ekolji terroru” və “Marağa-150” filmlərinin ssenari müəllifiyəm.
Bundan başqa, ölkəmizdə elmin inkişafı üçün yaranan mühitdən bəhrələnərək elmi yaradıcılıqla da məşğulam. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantıyam və “İKT-nin inkişafının ictimai təhlükəsizliyə təsiri. Fəlsəfi aspekt” movzusunda elmi tədqiqat aparıram. Azərbaycanın informaisya təhlükəsizliyi ilə bağlı elmi məqalələrlə mətbuatda çıxış edirəm. Facebok sosial şəbəkəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təbliğinə dəstək” səhifəsini yaratmışam.
Azərbaycan Respublikası Prezdenti möhtərəm İlham Əliyevin sərəncamıyla 2015-ci ildə “Tərəqqi" medalı, Azərbaycan Respublikası Prezdenti adınından Müdafiə Nazirliyi tərəfindən 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” və 2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" medallarıyla təltif olunmuşam. Eləcə də, “Fədai”, "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medallarına və müxtəlif qurumlar tərəfindən diplom və Fəxri Fərmanlara layiq görülmüşəm.
Bunu da bildirmək istəyirəm ki, cəbhə bölgələrində hərbi xidmətim zamanı yaranan psixloji gərginliklər, eləcə də mənzil şəraitinin normal olmaması ucbatından həyat yoldaşım II qrup əlildir.
Jurnalistlərə verilən əvvəlki evlər üçün KİVDF-yə müraciət eləsəm də, mənə məlum olmayan səbəblərdən kənarda qaldım. Bu dəfə də müraciət eləmişəm.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrasında səngər adamlarının da unudulmayacağına ümid edirik.

İctimai Televiziya və Radionun İnformasiya Departamentinin böyük redaktoru,
“Hərbi And” qəzetinin müxbiri, AMEA-nın Fəlsəfə İnstitutunun dissertantı,
Qarabağ muharibəsi veteranı, ehtiyatda olan kapitan Şöhrət Eyvazov