

14 İyul 13:04
Rəsmi qurumlar ordu haqda məlumatların “daxili sabotaj nəticəsində” Azərbaycan tərəfinə sızdırıldığını bildirirlər
Öncə Ermənistanda COVİD-19 virusuna yoluxanlar, daha sonra isə orduda xidmət keçən şəxlslər haqqında məlumatların sosial şəbəkələrin Azərbaycan seqmentində yayımlanması, son günlər işğalçı ölkədə ən çox müzakirə olunan məsələlərdəndir.
Erməni ekspertləri baş verənləri daha çox kiber hücumlarla əlaqələndirsələr də Ermənistanın rəsmi qurumları fərqli yanaşma sərgiləyirlər. Həmçinin Ermənistan hakimiyyətində yaxın dairələr məlumatların “daxili sabotaj nəticəsində” Azərbaycan tərəfə sızdırıldığını bildirirlər.
Ermənistan istintaq komitəsinin kiber və yüksək texnologiyalar sahəsində cinayətkarlığa qarşı mübarizə idarəsinin təmsilçisi Sasun Qriqoryanın açıqlamasından da belə anlaşılır ki, məxfi məlumatların yayılmasında kiberhücum ehtimalı yoxdur. Sasin Qriqoryan çalışdığı idarədə bununla bağlı cinayət işinin açılmadığını deyir.
Qeyd edək ki, iyun ayında koronavirusdan ölən və virusa yoluxan şəxslərlə bağlı sosial şəbəkələrdə yayılan bütün məlumatların koberhücum nəticəsində əldə edildiyi Ermənistanın Səhiyyə naziri Arsen Torosyan tərəfindən də təkzib edilib. Taroyan, eyni zamanda məsələnin Ermənistanın dövlət təhlükəsizlik xidməti tərəfindən araşdırıldığını da vurğulayıb.
Mövcud vəziyyətdə diqqət çəkən əsas məqam Ermənistan ordunda və səhiyyə sistemində Azərbaycanla əməkdaşlıq edən şəxlərin olduğu barədə ehtimalın bu qədər açıq şəkildə, həm də rəsmi şəxslər tərindən irəli sürülməsidir. Çox güman ki, yaxın günlərdə Nikol Paşinyanın dövlət qurumlarında, o cümlədən orduda yeni “cadugər ovu” başlayacaq.
Elçin