“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
20 İyul 2020 12:30
1 652
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə törətdiyi təxribatçı əməllərin Tacikistanın rəsmi orqanlarının diqqətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə səfir Həsən Məmmədzadə ilə Tacikistanın Xarici İşlər nazirinin birinci müavini Xusrav Noziri arasında görüş keçirilib.
Səfirlikdən verilən məlumata görə, görüş zamanı son iki gün ərzində Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş təxribatlar haqqında Tacikistan tərəfinə ətraflı məlumat verilib və Ermənistanın sülh danışıqlarını pozmaq üçün növbəti dəfə təxribat törətdiyi diqqətə çatdırılıb.
Nazir müavini hər iki tərəfdə insan tələfatı ilə nəticələnən Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Tacikistan tərəfinin narahatlığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökümətlərarası Komissiyanın növbəti iclasına hazırlıq işləri, müxtəlif sahələrdə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
13 Yanvar 20:18
924
13 Yanvar 20:17
938
13 Yanvar 19:20
966


