"EU Reporter" "Azərbaycanın Avropadakı diplomatik nümayəndəliyinə misli görünməmiş hücum" adlı məqalə dərc edib Siyasət

"EU Reporter" "Azərbaycanın Avropadakı diplomatik nümayəndəliyinə misli görünməmiş hücum" adlı məqalə dərc edib

İyulun 25-i Brüsseldə yerləşən “EU Reporter” Avropa multimedia xəbər platformasında “Azərbaycanın Avropadakı diplomatik nümayəndəliyinə misli görünməmiş hücum” / “Unprecedented attack on a diplomatic mission of Azerbaijan in Europe” adlı məqalə dərc olunub.

22 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə Belçikadakı erməni diasporu (Comité des Arméniens de Belgique - https://www.armencom.be) tərəfindən törədilmiş qanunsuzluqların professional və obyektiv şəkildə təsvir edildiyi məqalədə bildirilir ki, "22 iyul 2020-ci il tarixində Azərbaycanın Brüsseldəki səfirliyi qarşısında erməni diasporu tərəfindən vandalizm aktları ilə müşayiət olunan zorakı nümayiş keçirilib". Bu hadisə Səfirliyin ərazisinə 19 iyul tarixində edilən hücumun davamı kimi göstərilir.

Məqalədə həmçinin AR XİN 190/20 saylı, 23.07.2020-ci il tarixli bəyanatından məlumatlanaraq, radikal ermənilərin Paris, Los Anceles, Haaqa və Varşava şəhərləri də daxil olmaqla, lakin bununla məhdudlaşmadan dünyanın bir çox ölkələrində Azərbaycanın diplomatik missiyalarına və dinc azərbaycanlı nümayişçilərə qarşı hücumları ifşa edilir.
Bəyan olunur ki, "Bu mitinqin nəticələri açıq şəkildə beynəlxalq hüququn, xüsusilə isə Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin pozulmasıdır".

"Bu hücumun qurbanları Belçika vətəndaşlarıdır və bütün MEP-lər (Avropa Parlamenti deputataları) Belçika Hökumətinə müraciət edərək ev sahibi olaraq, onun Avropanın qəlbində bu cür zorakılığa cəlb edilənlərin hamısını cəzalandırmaq üçün Belçika qanunvericiliyinə və (Belçikanın) beynəlxalq öhdəliklərinə uyğun qətiyyət göstərməli və hərəkət etməli olduğunu bildirirlər".

Təqdirəlayiqdir ki, elə Avropadakı erməni diasporunun öz instagram səhifəsində paylaşdığı və sözügedən vəhşiliklərini açıq şəkildə sübut edən video kadr da məqalədə yer alıb ki, bu sübut terroru dövlət siyasətinə çevirmiş Ermənistanın təcavüzdən zövq alan insanlarının simasını açıq-aydın ortaya qoyur.

Qeyd edək ki, “EU Reporter” Avropa Parlamenti deputatları da daxil olmaqla bütün Aİ rəsmiləri və institutları, eləcə də Brüsseldəki siyasi qərarverici və rəy-formalaşdırıcı ali dairələr arasında ən operativ və etibarlı online xəbər portalı kimi izlənilmə statistikasına görə, dünyaca məhşur “New York Times” və “Wall Street Journal” ilə 8% eynilik təşkil edir, “the Guardian Online”-dan isə 6% irəlidədir.

https://www.eureporter.co/politics/2020/07/25/unprecedented-attack-on-a-diplomatic-mission-of-azerbaijan-in-europe/