Ermənistan Bakı-Tiflis-Qars dəmiryoluna qoşula bilər Siyasət

Ermənistan Bakı-Tiflis-Qars dəmiryoluna qoşula bilər

Amma Azərbaycan ərazilərinin işğalına son qoymaq şərtilə

Ermənistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulması məsələsinə Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra baxıla bilər.
Bu barədə jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov deyib.
Onun sözlərinə görə, indiki mərhələdə Bakı-Tiflis-Qars layihəsinə Ermənistandan savayı arzu edən bütün tərəflər qoşula bilər.
Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası sazişi əsasında tikilir. Dəmiryol xəttinin 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.