Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
21 Sentyabr 2020 20:40
2 394
Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Qərara əsasən, Kollegiyanın sədri Xarici İşlər naziri, Kollegiyanın üzvləri Xarici İşlər nazirinin müavinləri, “ADA” Universitetinin rektoru, Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi olacaq.
Nazirlər Kabinetindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Xarici İşlər nazirinin dəyişdirilməsinə dair müvafiq Sərəncamları ilə əlaqədar Xarici İşlər Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Nazirlər Kabinetinin bu Qərarının qəbul edilməsi ilə Xarici İşlər Nazirliyinin Kollegiya üzvləri yalnız tutduqları müvafiq vəzifə (ad və soyad göstərilmədən) qeyd edilməklə Kollegiya üzvü kimi təsdiq edilirlər. Bu isə, öz növbəsində, kollegiya üzvlərinin vəzifələri ilə bağlı mümkün dəyişikliklərin baş verməsi səbəbindən kollegiyanın tərkibinə dəyişiklik edilməsi zərurətini aradan qaldırır. Eyni zamanda qeyd edilməlidir ki, “Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə uyğun olaraq normativ hüquqi aktların tez-tez dəyişdirilməməsi baxımından son dövrlər kollegiya üzvlərinin təsdiqi ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən Qərarlarda şəxslərin ad və soyadları deyil, müvafiq vəzifələri göstərilir.
13:33
1 162
15 Noyabr 21:25
1 988
15 Noyabr 17:47
1 554