“İsa Qəmbər müxalifətin lideri ola bilməz” Siyasət

“İsa Qəmbər müxalifətin lideri ola bilməz”

Sərdar Cəlaloğlu Pənah Hüseynin təklifinə qarşı çıxdı

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bir müddət əvvəl radikal müxalifətin vahid lideri ilə bağlı absurd təşəbbüslə çıxış edib. Onun sözlərinə görə, İsa Qəmbər Müsavat Partiyasının başqanlığından gedəndən sonra ona Avrointeqrasiya Hərəkatına liderlik təklif olunub. Məhz bu təklifi əsas gətirərək Pənah Hüseyn İsa Qəmbəri müxalifətin lideri kimi sırımağa çalışır.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az saytına deyib ki, dünyanın heç bir ölkəsində çoxpartiyalı sistemdə vahid lider anlayışı yoxdur: "Çünki çoxpartiyalılıq çox liderlin olması deməkdir".
Onun sözlərinə görə, hər partiyanın öz ideoloji daşıyıcısı var. Hər sosial qrupun da öz mənfəətləri var. Bu fərqlər onların vahid lider olmasına icazə vermir.