Ermənistan quldur-terrorçu döyüş qaydaları ilə humanitar hüququn müddəalarını kobudcasına pozur - TƏHLİL Siyasət

Ermənistan quldur-terrorçu döyüş qaydaları ilə humanitar hüququn müddəalarını kobudcasına pozur  - TƏHLİL

Ermənistan Azərbaycanın mülki əhalisini hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Bunu Trend-ə siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlı deyib.

N.Süleymanlı bildirib ki, silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normaları və bu huququ pozanlanrın məsuliyyətə cəlb olunması xüsusi ilə bu günlər aktualdır:

“Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı geniş-miqyaslı təxribatları ilə döyüşlər başlayan dövrdən Azərbaycan Respublikasının 30-dan artıq mülki şəxsi öldürülüb, 180 nəfər isə yaralanıb.

Xarici İşlər nazirliyinin mətbuat xidməti eləcə də Baş Prokurorluq bildirir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə huquqi normativləri pozur. Bu günlər müharibə çərçivəsində istifadə olunan hüquq beynəlxalq humanitar hüquqdur. Beynəlxalq humanitar hüququn obyektini silahlı münaqişələr zamanı döyüşən tərəflər arasında yaranan ictimai münasibətlər təşkil edir. Xüsusi ilə qeyd edək ki, beynəlxalq humanitr hüquq müharibəni qadağa etmir sadəcə onu xüsusi humanizmə cavab verəcək formata salır. Konvensiyalar bu hüququn özəyini təşkil edir və 2 əsas müddəada özünü biruzə verir.

Mülki şəxslərin və yaralı hərbi qulluqçuların müdafiəsi-Cenevrə hüquqi bazasını təşkil edir. Cenevrə hüququ müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasına əsaslanır.

Zorakılığın qarşısının alınması, döyüşün aparılmasının metod və vasitələrinin məhdutlaşdırılması-Haaqa hüquqi bazasını təşkil edir. Haaqa hüququ isə 1907-ci ildə qəbul edilmiş Haaqa sülh konferansına əsaslanlır.

Ermənistan tərəfi öz quldur-terrorist döyüş qaydaları ilə Humanitar hüququn hər iki müddəalarını kobutcasına pozur. 18 oktyabr 1907-ci ildə qəbul edilmiş Quru müharibənin qanun və adətlərini əhatə edən IX Haaqa konvensiyasını da bura əlavə etsək mənzərə daha da genişlənir.

Münaqişə başlayandan mülki dinc sakinlərlə yanaşı həm də mülkiyyətə də kifayət qədər zərər dəyib. Burda da Ermənistan mədəni mülkiyyətin qorunmasına dair 14 may 1954-cu ildə qəbul edilmiş Haaqa Konvensiyasın kobutcasına pozur. 800-dən çox ev dagıdılıb. Gəncədə qədimi tarixi yaşı olan mülkiyyət yeksan edilib. Ermənistan tərəfi Cenevrə konvensiyası ilə yanaşı bir də əlavə protokolları da kobutcasına pozaraq Azərbaycanın mülki əhalisini və infranstrukturunu məqsədyönlü şəkildə atəşə tutur.

Həmçinin BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini də xüsusi vurğulamaq lazımdır. Çünki məhz qətnamələrdə qeyri-şərtsiz və dərhal silahlı qoşunların işğal olunumuş ərazidən çıxarılması qeyd edilir. Ermənistan tərəfi buna da məhəl qoymur. Ancaq özləri sosial şəbəkələrdə Konvensiyanın müddəalarını əllərində bayraq tutaraq Şuşada Müqəddəs Xilaskar Məsih kilsəsinin raket və bombalara tuş gəldiyini bəyan edirlər. Görünür mənfur qonşu Bakının mərkəzində yerləşən erməni kilsəsini dağıtmadığımız halda Qarabağda dagıdılan məscidləri, tövləyə çevrilən müqəddəs yerləri unudur.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistan tərəfi həm də qadağan edilmiş silahlardan istifadə edərək aqressiv-terrorçu niyyətlərini ortaya qoyur. Beynəlxalq humanitar huququn prinsiplərinə görə toksinli silahlardan istifa 10 aprel 1972-ci il qəbul edilmiş konvensiya və eləcə də 17iyun 1925-ci il Cenevrə protokoluna görə qadağandır. Ermənistan tərəfi qaydaları pozaraqdan Fuzulidə fosforlu bombalardan istifadə edir. Bura həm də 1993-cü ildə qəbul edilmiş kimyəvi silahlardan istifadə haqqında konvensiyanın müddəalarını da daxil etmək lazımdır.

Ermənistan tərəfi münaqişə zonasından kənarda yerləşən və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, Mingəçevir elektirik stansiyası yaxınlığını, münaqişə zonasına yaxın yerləsən kənd və rayonları və eləcə də BTC kəmərinin keçdiyi ərazini şiddətli artireliya və bombardmana tutmaqla bütün hüquqi normativlərni pozur.

Xarici İşlər nazirliyinin mətbuat xidmətinin qeyd etdiyi kimi düşmən tərəf uzaqvuran artilleriya vasitələrindən istifadə edir. İstifiadə edilən skad, kassetli bomba, toçka-U, smerç kimi silahlar qadağan edilmiş silahlar kateqoriyasına daxildir. Skad (R-17 9K72 Elbrus) çoxdan ciddi silah hesab olunmur. Zavod onların istismar vaxtının bitdiyini 10 il əvvəl qeyd edib. 1988-ci ildə Voltinks zavodunda onun istehsalı dayandırılmışdır. Sonuncu raketlərin isə müddəti 2010-cu ildə bitmiş sayılır. Hədəfə düşməyən bu silah sivil insanlar üçün böyük təhlükə sayılır.

Ermənistan tərəfi Toçka-U qadağan olunmuş silahdan da Yaxın və Orta mənzilli raketdən ləvgi qanununa məhəl qoymayaraqdan istifadə edir. Kassetli silahlara gəlincə isə 2008-ci ildə İrlandiyada konvensiya qəbul edilib və 112 ölkə bu konvensiyasnı imzalayıb. Bura bir də hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silahların istifadəsinə qoyulan qadağan da daxildir. Bu konvensiya da 1980-ci ildə qəbul edilib.

Ermənistan tərəfi ümumiyyətlə hüquqi sənədləri imzalanmasına baxmayaraq bütün dünyaya məzlum və əzilən xalq kimi özlərini göstərərəkdən hüquqa dayanan “ədalət” tələb edir.

Göründüyü kimi Azərbaycan tərəfi bütün hüquq normativlərini pozmadan hərəkət edir. Hətta mülki şəxslərin çıxardılması üçün xüsusi imkanlar da yaradır.

Təbii ki, bütün bunlar mənfur və məglub olan tərəfin son həmlələridir. Düşmən tərəf hər vəchlə çalışır ki, münaqişəni regional müstəviyə aparsın və maraqlı tərəflər formatında həll etsin.

Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik. Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsini zəruri sayırıq.

Əgər bunu beynəxlq ictimaiyyət nəzərə almazsa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 116-cı maddəsinə əsasən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn normalarını pozan tərəfi cinayət məsuliyyətinə cəlb etməyi öz üzərinə götürür”.