“Atəşkəsin davam etməsi ABŞ Prezidentindən aslıdır” Dünya

“Atəşkəsin davam etməsi ABŞ Prezidentindən aslıdır”

“İsrail ilə HƏMAS arasında atəşkəs dünən pozuldu və indi hər iki tərəf bir-birini ittiham edir. Netanyahu israilli girovları azad etdikdən sonra bu şəkildə razılaşmanı pozmağa çalışır. Çünki İsrailin baş naziri əvvəldə demişdi ki, HƏMAS məhv edilməyənə qədər müharibə dayanmayacaq. HƏMAS isə silahlıları təhvil verilməsi məsələsində razı deyildi”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib.

O qeyd edib ki, atəşkəsin davam etməsi ABŞ Prezidentindən aslıdır: “Çünki İsrailə təzyiq etmək imkanına malik yeganə dövlət ABŞ-dir. Trampın mövqeyi Qəzzada atəşkəsin davam edib-etməməsində həlledici rol oynayacaq”.

Röya İsrafilova