“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlim həyata keçirildi
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
20 Oktyabr 2025 13:46
6 860
“Tağıyev: Neft” filmi Kino Sənəti və Elmləri Akademiyasının “Oskar” mükafatının “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyası üzrə ölkəmizdən rəsmi namizəd elan edilib.
Bu barədə APA-ya filmin rejissoru Zaur Qasımlı məlumat verib.
Rejissorun sözlərinə görə, film Azərbaycan Film Akademiyası tərəfindən ilin ən yaxşı bədii filmi seçilib və “Oskar” mükafatına namizəd kimi təqdim olunub:
“Hazırda 90 film arasında yer almışıq. Dekabr ayında bu filmlərdən 16-ı seçiləcək, yanvar ayında isə 5 film müəyyənləşdiriləcək. Sonda həmin 5 filmin yaradıcı heyəti Los-Ancelesə dəvət olunacaq və bu filmlər laureat hesab ediləcək”, – Zaur Qasımlı bildirib.
Xatırladaq ki, film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Tağıyev: Neft” güclü yaradıcı komandanın birgə əməkdaşlığının nəticəsidir. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri isə İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlıdır.
10:56
1 316
2 İyun 20:00
9 331
1 İyun 18:57
2 275