İsrail “Kerem Şalom” sərhəd-keçid məntəqəsini yenidən açıb Dünya

İsrail “Kerem Şalom” sərhəd-keçid məntəqəsini yenidən açıb

İsrail Qəzzaya yardımların davam etdiriməsi üçün “Kerem Şalom” sərhəd-keçid məntəqəsini yenidən açıb.

APA bu barədə “The Times of Israel”ə istinadən xəbər verir.

Qeyd edək ki, İsrail HAMAS-ın atəşkəs rejimini pozmasını əsas gətirərək dünən sözügedən sərhəd-keçid məntəqəsini bağlamışdı.

Misir və Qəzza arasında olan Rafah sərhəd-keçid məntəqəsinin isə növbəti xəbərdarlığa qədər bağlı qalacağı bildirilib.