Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar Siyasət

Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar

“Azərbaycan Moskvada əldə edilmiş razılaşmaya əsasən münaqişənin sülh yolu ilə həllinə sadiqliyini bir daha nümayiş etdirdi. Beləki, Azərbaycan 30 il münaqişənin danışıqlar yolu ilə həllinə sadiqlik və səbr göstərmişdi. Təbii ki, bugünkü həssas məqamda diplomatik gedişlərdə səhvə yol verilməsi hərbi üstünlüyümüzün əldən çıxmasına səbəb ola bilərdi. Onu da nəzərə almaq lazımdır ki, humanitar atəşkəs sülh demək deyil. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu humanitar məqsədli atəşkəsdir Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada “yox” deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Bu baxımdan rəsmi Bakının Moskva görüşünü qəbul etməsi və gərgin danışıqlarda iştirakı doğru addım kimi qiymətləndirilməlidir və danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəilə bağlı saytımıza açıqlamasında millət vəkili Tamam Cəfərova belə deyib.

Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır. Cənab Prezident İlham Əliyev danışıqları müsbət qiymətləndirərək belə deyib: “Buna görə prinsipial əhəmiyyətli məqam odur ki, Ermənistan tərəfi anlamağa məcbur oldu ki, baza prinsipləri nizamlama üçün əsasdır, həmin prinsiplərdə isə münaqişənin necə nizamlanmalı, Azərbaycanın işğal edilmiş ərazilərinin hansı ardıcıllıqla qaytarılmalı olduğu dəqiq göstərilib. İkincisi, danışıqların formatı dəyişməz qalır. Bu, o deməkdir ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında aparılırdı, aparılır və aparılacaq”.

Azərbaycan atəşkəs əldə olunduqdan sonra öz sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulur. Ermənistan ordusu humanitar atəşkəsə qəti şəkildə riayət etmir, cəbhə bölgəsində hərbi əməliyyatları davam etdirməyə çalışır, Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Ağdam və digər yaşayış məntəqələrini, mülki əhalini intensiv raket atəşinə tutmaqda davam edir. Mənfur düşmənin növbəti çirkin əməli oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini “Toçka-U” raketindən atəşə tutması oldu. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir. Burada həmçinin, Ermənistanın terror mahiyyətini də nəzərə almaq lazımdır. Bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər. Gəncə şəhərinin Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulması Ermənistan dövlətinin faşist və təcavüzkar xislətini bir daha sübut edir. Mülki əhalinin atəşə tutulması Ermənistanın beynəlxalq hüququn fundamental normalarına, beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə Konvensiyalarına məhəl qoymamasının bariz, kobud şəkildə pozulmasıdır. Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Ermənilərin faşist əməllərini dünya görməlidir. Hətta Moskva danışıqlarından sonra davam edən təxribatlar Erməni xislətini dünyaya göstərir. Sülh şəhərləri hədəf almaları onların faşist sifətlərini aşkar edir.

Gəncənin belə vəhşi atəşə məruz qalması hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur. Amma cənab Prezidentin dediyi kimi, “biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir: biz heç vaxt mülki şəxslərlə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. Ona görə dayanıqlı atəşkəsin təmin edilməsi üçün ilk növbədə, Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar oraya qayıtmayacaqlar. Bu, onlar üçün tamamilə qeyri-mümkündür. Kim nə deyirsə-desin, kim onları necə dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır. Bizi oradan heç bir qüvvə çıxara bilməz. Bunu nə qədər tez anlasalar, onlar üçün o qədər də yaxşı olacaq”.

Tamam Cəfərova qeyd etdi ki, indiyədək ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər və bu gün status-kvonun dəyişilməsi artıq bir faktdır. Status-kvonun dəyişilməsi münaqişədə əldə etdiyimiz növbəti uğurdur. Statusk-kvonun dəyişdirilməsi münaqişədə yeni reallıq yaradır. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri, eləcə də Ermənistanı qane edirdi. Azərbaycan isə özü status-kvonu dəyişdi və danışıqlar masasında üstünlüyü ələ ala bildi. Cənab Prezidentin xalqa müraciətində dediyi kimi, “stasu-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu”.

Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Dünən Cənab Prezident daha 8 kəndimizin azad edilməsinin müjdəsini verdi. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz.