Azərbaycan və Braziliya gömrük xidmətləri arasında əməkdaşlıq planı imzalanıb
U-17 dünya çempionatı: Daha bir güləşçimiz yarımfinalda məğlub oldu - YENİLƏNİR
Əfqanıstan və Özbəkistan 200 milyon dollarlıq müqavilələr imzaladı
Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır – Kasim Adams
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik - KuPS-un baş məşqçisi
26 Oktyabr 2020 10:05
1 708
Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Mayami şəhərində icazəli etiraz aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını kəskin şəkildə pisləyiblər.
Florida Azərbaycan İcmasının da iştirakı ilə baş tutan aksiyada Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə, Gürcüstan və İsrailin bayraqları dalğalanıb. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Erməni təcavüzünə son” kimi şüarlar səsləndirilib.
Qeyd edək ki, aksiya zamanı dalğalandırılan üçrəngli bayrağımızı ABŞ-ın Virciniya ştatında yaşayan azərbaycanlı qadınlar öz əlləri ilə tikib.