Çavuşoğlu: “Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik” Siyasət

Çavuşoğlu: “Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik”

“Gürcü həmkarımla regional ortaq layihələri, Qarabağda atəşkəsdən sonra bölgənin istiqrarı üçün atıla biləcək addımları müzakirə etdik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

“Biz Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik. Gürcüstanın bu məsələdə bəzi tərəddüdləri var, bunu anlayışla qarşılayırıq. Gürcüstanın da iştirak edəcəyi regional əməkdaşlığa dəstəyimiz artacaq. Biz Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığına əhəmiyyət veririk”, - deyə M. Çavuşoğlu vurğulayıb.