14:05
350
Liberiya bayrağı altında üzən "Minoan Pioneer" yük gəmisi Hörmüz boğazından keçərkən Oman sahilləri yaxınlığında hücuma məruz qalıb.
Xalqcebhesi.az xəbər verir ki, "Reuters" agentliyinin dəniz təhlükəsizliyi üzrə Britaniyanın "Vanguard" şirkətinə istinadən verdiyi məlumata görə, dənizçilərdən biri itkin düşmüş hesab olunur.
"Mövcud məlumatlara görə, mərminin mühərrik bölməsinə dəyməsi nəticəsində yataq otaqlarında yanğın baş verib. Heyət yanğınla mübarizə aparır və köməyə ehtiyacı var. Üçüncü mexanikin itkin düşdüyü bildirilir", — deyə şirkətin bəyanatında qeyd olunur.
"Reuters"in məlumatına görə, heyət üzvləri gəmini tərk edirlər. Yük gəmisinin operatoru Yunanıstanın "Modion Maritime Management" şirkətidir.
Məryəm Quliyeva