"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna keçdi - RƏSMİ İdman

"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna keçdi - RƏSMİ

Türkiyənin I Liqa klublarından "Boluspor" Elvin Yunuszadəni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Elvin Yunuszadə karyerası ərzində "Neftçi" və "Qarabağ"ın heyətində ümumilikdə 5 dəfə Azərbaycan Premyer Liqasının, 5 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

Təcrübəli müdafiəçi avrokuboklarda da zəngin təcrübəyə malikdir. O, 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olan "Neftçi"nin heyətində yer alıb və 3 oyunda iştirak edib. O, həmçinin 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşən "Qarabağ"ın heyətində çıxış edib.