“Bu cür yük gəmilərinə hücum qəbuledilməzdir” Dünya

“Bu cür yük gəmilərinə hücum qəbuledilməzdir”

“Rusiya və Ukrayna arasında baş verən müharibə ümumilikdə bütün regiona mənfi təsir göstərir. Əlbəttə, bu, ümumi beynəlxalq logistikaya da ciddi ziyan vurur. Yəni gəmilərin təhlükəsizliyində bu məsələ ilə bağlı ciddi problemlər var. Hər iki dövlətin bir-birinə atdığı raketlər, dron hücumları həm hava nəqliyyatının, həm də dəniz nəqliyyatının inkişafına mənfi təsir göstərir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib.

O əlavə edib ki, bu baxımdan baş vermiş faciə bu aspektdən dəyərləndirilməlidir: “Əlbəttə ki, günahkarlar tapılıb cəzalandırılmalıdır və heç bir halda bu cür yük gəmilərinə hücum qəbuledilməzdir. Yəni hər iki dövlət bu məsələ ilə bağlı öz mövqeyində ehtiyatlı olmalıdır. Ümumilikdə, “Nadejda” gəmisinin vurulması hadisəsi yəqin ki, geniş şəkildə araşdırılacaq, Türkiyə tərəfi bu məsələ ilə bağlı geniş şəkildə Ukrayna ilə danışıqlar aparacaq və bu faciənin miqyası hesablanılacaq. Ümumiyyətlə, hazırda regionda Rusiya-Ukrayna müharibəsi səbəbindən çox böyük gərginlik var. Həmçinin tərəflərin arasında ciddi şəkildə çaxnaşma gedir və bu da ümumi beynəlxalq vəziyyətə mənfi təsir göstərir”.

Röya İsrafilova