“Rusiya Ermənistanı yenidən KTMT-yə qaytarmağa çalışır” Dünya

“Rusiya Ermənistanı yenidən KTMT-yə qaytarmağa çalışır”

“Rusiyanın Rus NATO-su hesab edilən QKTB-də Ermənistanın iştirakı ilə bağlı konkret addımların atılacağı gözlənilən idi”.

Bu fikirləri “xalqcebhesi.az”a açıqlaması zamanı politoloq Cavanşir Abbaslı bildirib.

O qeyd edib ki, şimal qonşumuz Rusiya Ermənistandakı seçkilərin nəticələrini gözləyirdi: “Hər kəsə bəllidir ki, iyunun 20-dəki parlament seçkilərindən sonra Paşinyan növbəti dəfə qalib gəldi. Bazar günü artıq istefa verib və bu günlərdə gələcək hökumətin başçısı kimi yenidən baş nazir seçiləcək, öz hökumətini formalaşdıracaq.
Artıq Rusiya Paşinyanla gələcək dönəmdə də işləməyə məcbur olduğunun fərqindədir və bunun da fonunda Paşinyanın qərbmeyilli siyasətini yürüdəcəyinin də fərqindədir. Çünkü Rusiya yaxşı anlayır ki, Ermənistandakı revanşist müxalifətlə yaxın təmasları davam etdirə bilər ki, həmin müxalifət də seçkilərdə hələ ki uğur qazana bilmir. Onun üçün də təzə rıçaqlarını işə salacaq.

Ermənistanın 2024-cü ildən QKTB-dəki fəaliyyətini dondurub, hesab edirəm ki, Rusiyanın belə bir zaman tanıması, noyabr ayına əsaslandırıb irəli sürməsi həmin zamana qədər Ermənistanı quruma yenidən gətirmək və fəaliyyətini bərpa etməkdir. Bu maliyyə məsələləri-filan hamısı bəhanələrdir, zatən məlumdur ki, Ermənistanın maliyyə məsələsindəki ən böyük dayağı Rusiyadır və onun, Ermənistanın QKTB-də üzvlük haqqını ödəyib-ödəməməsi-filan Rusiyanın bir o qədər də marağında deyil. Sadəcə burda yeganə hədəf Ermənistanı tamamilə qərbmeyilli siyasətdən çəkindirmək və yenidən tam olaraq öz nəzarətinə qaytarmaqdır”.

O bildirib ki, buna nail olacaqmı?
olma ehtimalları kifayət qədər böyükdür, çünki Rusiyanın hələ də Ermənistanda təzyiq rıçaqları kifayət qədər genişdir. Elə bircə amili demək yerinə düşər. Hazırda Ermənistanda, Gümrüdə yenə də 102-ci Rus hərbi bazası fəaliyyətini davam etdirir və həmin hərbi baza Ermənistanda olduğu sürəcdə Ermənistan Rusiyanın forpostu olaraq qalmağa davam edəcək. Həmin Rusiyanın hərbi bazasını Ermənistandan çıxarmaq imkanları, gücü varmı? Xeyr, indiki vaxtda buna gücü yetməz. Gələcək baxımından da yetəcəyi imkansız görünür.

Son olaraq Rusiyanın məsələsinə gəlincə isə, Rusiya üçün də heç də Ermənistanla tamamilə bu qədər burun-buruna gəlmək asan məsələ deyil. Çünki Rusiyanın Cənubi Qafqazdakı əsas dayağı Ermənistandır. Onun üçün də Cənubi Qafqazda Ermənistanı itirmək Rusiyanın Cənubi Qafqazda mövqelərinin kifayət qədər sarsılmasına səbəb ola bilər. Eyni zamanda Rusiya Ukrayna cəbhəsində savaşı davam etdirir. Beləcə də bir sıra münaqişə zonalarında təsir imkanlarını qorumağa çalışır. Bunun fonunda Ermənistanla təbii ki, münasibətləri korlamağa çalışmaz. Eyni zamanda Rusiya yaxşı başa düşür ki, Avropa İttifaqının mülki müşahidə missiyası da hazırda Ermənistanda fəaliyyətini davam etdirir və ona görə də Ermənistanla bağlı kəskin addımları atması Ermənistanı müəyyən qədər Qərbin qucağına atması mənasına gələ bilər. Onun üçün də təbii ki, ehtiyatla davranır, eyni zamanda Ermənistana da öz mesajlarını verib, öz təsir dairəsində İrəvanı saxlamağa davam edir”.

Günel Elxan