![Rəsmi Bakıdan daha bir Ukrayna açıqlaması](https://xalqcebhesi.az//photos/elman_abdullayev_0_02.jpg)
Elman Abdullayev: "Bu ölkədəki vəziyyətin tezliklə sabitləşməsinin tərəfdarıyıq"
"Azərbaycan Ukraynadakı vəziyyətin ölkə daxilindəki bütün siyasi qüvvələrin dialoqu və konstruktiv əməkdaşlığı, həmçinin maraqlı tərəfdaş dövlətlərlə birgə fəaliyyət vasitəsilə həllinin tərəfdarıdır".
Bunu AzNews.az-a açıqlamasında Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ukraynadakı hadisələrdən danışarkən deyib.
Onun sözlərinə görə, rəsmi Bakı Ukraynada sabitliyin, əmin-amanlığın və milli birliyin bərqərar olması prosesinə ciddi xələl yetirən radikalizm və ekstremizmin qarşısının alınmasına çağırır və Ukraynanın konstitusiyası əsasında ölkədəki vəziyyətin tezliklə sabitləşdirilməsinin tərəfdarıdır.