AVCİYA 1918-ci il mart soyqırımına həsr olunmuş tədbir keçirdi Siyasət

AVCİYA 1918-ci il mart soyqırımına həsr olunmuş tədbir keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu gün 1918-ci il mart soyqırımı münasibətilə öz qərərgahında dəyirmi masa keçirib.
Şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlanan tədbiri giriş sözü ilə AVCİYA-nın I vitse prezidenti, t.ü.e.d.,prof. Məhərrəm Zülfüqarlı açaraq 1918-ci ilin mart soyqırımı haqqında qməruzə etdi. Daha sonra məruzəçi assosiasiyanın 1918-ci il mart soyqırımı ilə bağlı gördüyü işlər barədə qısa məlumat verdi. Məruzəçi qeyd etdi ki, assosiasiya fəaliyyətə başladığı gündən hər il xalqımızın taleyüklü məsələləri ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. O, bildirdi ki, tədbirlərlə yanaşı AVCİYA ekspertləri bu sahədə elmi tədqiqatlar da apararaq kitablar nəşr etdiriblər. Məsələn, assosiasiya 2011-ci ilin mart ayında Şamaxı şəhərində müxtəlif ölkələrdən olan Avropa Şurası və Milli Məclisin deputatlarının iştirakı ilə elmi-praktik konfrans və AVCİYA-nın hazırladığı “Şamaxı soyqırımı – 1918. SHAMAKHİ GENOCİDE 1918. (Azərbaycan və ingilis dillərində)” kitabının təqdimatını keçirmişdir. 2017 və 2018-ci illlərdə ekpertlərin hazırladığı “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918)” və Göyçay döyüşləri -Türkiyə tarixşünaslığında” kitablarında 1918-ci ilin iyununda Bakı soveti və erməni birləşmələrinin Hacıqabul-Kürdəmir istiqamətində törətdikləri soyqırım tədqiq olunub. Daha sonra məruzəçi qeyd etdi ki, 1918-ci ilin mart soyqırımını Bakı soveti və erməni hərbi birləşmələri Şamaxı, Bakıda, Qubada və digər yerlərdə könhə sitillə Novruz bayramı günləri törətmişdir. Lakin sonradan milad təqvimində dəyişiklik edildiyindən 13 gün milad təqvimi irəli çəkildiyindən hazırda bu tarix martın 31-nə düşür. Ona görə də mart qırğını ilə bağlı tədbirlərin 31 martla yanaşı, martın 18-20-si tarixlərində də keçirilməsi məqsədəuyğundur.
Daha sonra AVCİYA-nın eksperti, f.ü.e.d.,professor Asif Hacılı ermənilərin 1918-ci ildə Borçalıda törətdiyi qoyqırım haqqında geniş məlumat verdi.
Məruzələrdən sonra tədbir iştirakçıları mart soyqırımı ilə bağlı öz fikirlərini bildirmiş, soyqırımla bağlı suallar cavablandırılmışdır.