

30 Sentyabr 15:27
30 Sentyabr 14:54
30 Sentyabr 14:53
“Qarabağ məsələsində səylərimizi sıx şəkildə koordinasiya edirik”.
APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Bakı və İrəvan da bu məsələdə məsafə qət etmək üçün dialoqu davam etdirir.
Regionda bütün nəqliyyat əlaqələrinin bərpasının əhəmiyyətinə toxunan S. Lavrov Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini təqdir etdiklərini vurğulayıb: “Əminik ki, ümumilikdə vəziyyətin kompleks stabilləşməsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyasının açılmasına, bu regionda yerləşən ölkələrin, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə çoxplanlı iqtisadi əməkdaşlığın irəliləməsi səylərinə xidmət edəcək”.