Pakistan və Hindistan arasındakı Kəşmir mübahisəsi: detallar Siyasət

Pakistan və Hindistan arasındakı Kəşmir mübahisəsi: detallar

Cammu və Kəşmir (C&K), Hindistan alt qitəsindəki 565 knyazlıq əyalətlərindən biri idi. 1947-ci ildə Alt Qitənin bölünməsi zamanı, Cammu və Kəşmirdə həm coğrafi bitişiklik prinsiplərinə və həm əyalət xalqının istəklərinə əsaslanaraq Pakistana və ya Hindistana qoşulmaq istəyinə qərar vermək imkanı verilib. Pakistanın Azərbaycandakı səfirliyindən xalqcəbhəsi.az-a verilən məlumata görə, Cammu və Kəşmirdə üstünlük təşkil edən müsəlman əhali daha çox idi, lakim hakim şahzadə (Maharaja) isə hindu idi. Maharaja nəticədə Hindistan təzyiqinə boyun əydi və Hindistan 26 oktyabr 1947 -ci ildə fırıldaqçılıq və məcburiyyət yolu ilə Maharaca'dan mübahisəli bir qoşulma sənədi alıb. Bu hərəkət Cammu və Kəşmir xalqının iradəsinə tamamilə zidd olduğu üçün yerli xalq üsyana qalxdı və əyalətin 1/3 hissəsini azad edə bilib. Təəssüf ki, Hindistan qüvvələri Cammu və Kəşmirin qalan hissəsini işğal ediblər.
Məsələ 1948 -ci ilin yanvarında Hindistan tərəfindən BMT Təhlükəsizlik Şurasına (UNSC) təqdim olunub. BMT Təhlükəsizlik Şurası mübahisə faktlarını araşdırmaq məqsədilə Hindistan və Pakistan üçün BMT Komissiyası yaradıb. Hindistan və Pakistanın qarşılıqlı razılığının nəticəsi olaraq, UNSC və UNCIP 1947-48-ci illər müharibəsindən sonrakı illərdə bir neçə qətnamə qəbul ediblər.
BMT Təhlükəsizlik Şurasının 21 aprel 1948-ci il tarixli Qətnaməsi-BMT-nin Kəşmirlə bağlı əsas qərarlarından biridir ve qeyd olunur ki, "Həm Hindistan, həm də Pakistan istəyir ki, Cammu və Kəşmirin Hindistana və ya Pakistana qoşulması məsələsi azad və qərəzsiz bir plebisitin demokratik üsulu ilə həll olunsun".
Daha sonra Hindistan, insanlara muxtariyyət göstərmək və beynəlxalq birliyə Hindistanın nəticədə Cammu və Kəşmirin gələcəyini referendum və ya plebisit yolu ilə həll edəcəyini göstərmək məqsədilə konstitusiyasının 370 və 35A maddələri vasitəsilə Cammu və Kəşmirə xüsusi status verib. Təəssüf ki, Kəşmir xalqına verilən söz hələ yerinə yetirilməyib və Hindistan plebisiti keçirməyə hazır deyil.

5 avqust 2019 -cu il tarixində nə baş verib?

5 Avqust 2019-cu il tarixində hətta yalandan göstərilən muxtariyyət söndürülüb və Cammu və Kəşmirə verilən sözdə xüsusi status Hindistan Konstitusiyasının 370 və 35A maddələrinin ləğv olunması ilə Hindistan Hökuməti tərəfindən ləğv edilib. Cammu və Kəşmir xalqının kimliyinə və statusuna edilən bu hücumdan sonra Hindistan Hökuməti işğal olunmuş Cammu və Kəşmiri uzun müddət mühasirəyə alıb. Əraziyə 180 mindən çox əlavə işğalçı qüvvə yerləşdirilib və onların sayı artıq 700 min nəfəri keçib.
5 Avqust 2019-cu il tarixindən etibarən, 390 -dan çox Kəşmirli IIOJK -da Hindistan İşğal Qüvvələri tərəfindən şəhid edilib. Təkcə bu il (2021) ərzində, Hindistan İşğal Qüvvələri gənc oğlan və qadınlar da daxil olmaqla 85 günahsız Kəşmirlini məhkəmədənkənar şəkildə öldürüb; özbaşına 537 kəşmirli tutularaq həbs edilib; və Kəşmir əhalisinin 31 evini dağıdıb.
5 Avqust 2021- ci il - Hindistan Hökumətinin beynəlxalq səviyyədə tanınan mübahisəli Cammu və Kəşmir ərazisindəki qanunsuz və birtərəfli hərəkətlərinin ikinci ildönümünüdür. Beynəlxalq birlik, Hindistanı BMT Təhlükəsizlik Şurasının 91 və 122 saylı Qətnamələrini və Dördüncü Cenevrə Konvensiyasını açıq şəkildə pozan 5 Avqust 2019 -cu il tarixli qanunsuz və birtərəfli hərəkətlərini geri çəkməyə məcbur etmək üçün səsini qaldırmalıdır.