"Rus xalqını təhqir etmək olmaz. İlham Əliyev Xankəndini də azad edəcək!" Siyasət

"Rus xalqını təhqir etmək olmaz. İlham Əliyev Xankəndini də azad edəcək!"

"Rus xalqını təhqir etmək olmaz. İlham Əliyev Xankəndini də azad edəcək!"

Niyaməddin Orduxanlının aparıcı olduğu AXC TV-də "Həftənin yekunu"nun bu dəfəki qonağı Dilarə Əliyeva adına Qadın Hüqüqlarının Müdafiə Cəmiyyətinin sədri, tanınmış hüqüq müdafiəçisi Novella Cəfərova olub. Verlişdə həftə ərzində ölkəmizdə, beynəlxalq müstəvidə və regonda baş vermiş hadisələr geniş müzakirə olunub. Müzakirə zamanı, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə baş tutmuş görüşün təəssüratları, vətəndaş cəmiyyətində baş vermiş hadisələr, mövcud durumun aradan qaldırılması üçün Prezidentin köməkisinə olunan təkliflər, Rusiya dövləti ilə bağlanan 10 noyabr bəyannaməsinin icra olunması prosesi, Zəngəzur dəhlizinin açılmasının önəmli hadisə olmasından, Rusiyanın Ermənistana yenidən silahla təmin etməsinin səbəblərindən, Azərbaycan dövlətinin Ermənistana dəstək olan İran dövlətinə kəskin etiraz edərək Nota verməsi səbəblərindən, İranda yaşayan 40 milyon soydaşımızın mövcudluğundan, 44 günlük müharibə dövründə xalqın orduya çevrilərək İlham Əliyevin ətrafında bur yumruq kimi birləşməsi səbəblərindən, Ali Baş Komandan İlham Əliyev müharibə yolu ilə Qarabağı işğaldan azad etməsinin tarixi bir hadisə olmasından, yaxın zaman tarixində Xankəndi və digər ərazilərimizin azad olunmasından, 25 000 ermənin pandemiyadan sonra da Qarabağı tərk etmə ehtimalından, qardaş Türkiyənin Azərbaycana böyük dəstək verməsindən, xalq şairi Bəxtiyar Vəhabzadənin oğlu İsfəndiyar Vəhabzadənin rus xalqını təhqir etməsinin çox səhv addım olmasından və bu faktdan istifadə edib erməni duasporası Rusiyada və Qərbdə Azərbaycanı hədəfə almasından, bu gün Rusiya ilə Azərbaycan dövlətinin münasibətlərinin pozulmasından maraqlı qüvvələrinin geniş fəaliyyətindən, Jirinovskinin Rusiyada təlxək kimi qəbul olunmasından, Avropa İttifaqının Azərbaycandakı səfirinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olmaması ilə bağlı söhbətindən, DİN Vilayət Eyvazovun son günlər narkotiklə mübarizədə geniş formada apardığı uğurlu mübarizədən, İctimai Şuralarda təmsil olunmalarda baş vermiş neqativ hallardan, QHT Dövlət Dəstəyi Agentliyinin hələ də qrant müsabiqəsinin elan etməməsinin səbəblərindən və digər məsələlərdən danışılıb. Həmin verlişin videosunu təqdim edirik: