"Ermənilər Qənimətlər Parkına baxıb nəticə cıxarmalıdırlar" Siyasət

"Ermənilər Qənimətlər Parkına baxıb nəticə cıxarmalıdırlar"

Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfəri çərçivəsində Ermənistan ordusunun dagıdılamsı və Ohanyan, Sarkisyan və Kocayan barədə dedikləri bir daha mesaj xarakterlidir. Çünki müharibədə onlar məğlub olub, onların 30 il ərzində qurduğu ordu darmadağın edilib. Bundan sonra onlar bu kimi ordu qura bilməzlər və əgər revanşist açıqlamalar verməklə bir daha onlara bu acı məğlubiyyəti yaşayacaqlarını da ehyam vurdu.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O, qeyd edib ki, 30 il ərzində Ermənistan ordusu barədə yaradılan mif 44 gün ərzində puç oldu. Bu məhz həmin liderlərin formalaşdırdığı və öyündiyi bir ordu idi: "Nəticəsi isə göz qabağındadır. Və prezident bir daha xatirlamalaqla onlar avantüranı davam etdirsələr bu Ermənistan üçün acı nəticələr olacağını xüsusi qeyd etdi. Bu gün Hərbi Qənimətlər parkında nümayiş etdirilən erməni texnikalari bu ölkənin utanverici məğlubiyyətinin bariz nümunəsidir. Məhz həmin parkda yerlər var. Əgər, onlar baş qladisalar yenidən onların bu texnikaları orada nümayiş olunacaq. Əslində bu Hərbi Qənimətlər parkı Erməni faşist ideologiyasının fiaskosudur və ona baxıb nəticə cıxarmalıdırlar".

Cavid