Beynəlxalq faktaraşdırcı missiyanın üzvləri Ağdamda səfərdədirlər - FOTO Siyasət

Beynəlxalq faktaraşdırcı missiyanın üzvləri Ağdamda səfərdədirlər - FOTO

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 5 üzvdən ibarət nümayəndə heyətinin Ağdama səfəri başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, nümayəndə heyəti ilk olaraq Ağdam şəhərindəki vəziyyətlə tanış olacaq.

Daha sonra İƏT rəsmiləri Tərtərə və Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərinə baş çəkəcəklər.

Qeyd edək ki, azad edilmiş torpaqlarımızda, eyni zamanda, müharibə bölgəsindən uzaqda yerləşən ərazilərdə mülki əhali və infrastrukturu hədəfə alan raket hücumları nəticəsində dağıdılmış yerlərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə növbəti beynəlxalq nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) Sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti ilə birgə yerində araşdırılacaq.