Yəməndə Səudiyyə Ərəbistanının zərbələri nəticəsində yeddi nəfər həlak olub
AİB Azərbaycanda Biləcəri–Yalama dəmir yolunun modernləşdirilməsinə dəstək verir
İsrail kapitanına hücum edilən "Flydubai" təyyarəsini vurmağa hazır olub
Səfir: Azərbaycan və Almaniya hazırda hər iki tərəf üçün ən maraqlı məsələləri müəyyənləşdirir
24 Sentyabr 2021 23:31
5 936
Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var.
"Xalq Cəbhəsi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildrib.
Diplomat qeyd edib ki, üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər: "Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm”.
Diplomatın sözlərinə görə, sonuncu görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb: “Bunlar dostyana, qardaşyana ismarıclar idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yuk maşınları məsələsini araşdırdıq. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək".
Cavid
12:43
560
12:27
483
5 Oktyabr 22:14
1 043