Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edildi
ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB-2 - YENİLƏNİB-1
Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər
27 Sentyabr 2021 12:51
2 471
Haaqa şəhərində Vətən müharibəsinin ildönümü ilə əlaqədar 27 sentyabr – Anım Gününə həsr olunmuş “səssiz” yürüş və aksiya keçirilib. Bu barədə xalqcəbhəsi.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Aksiya Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzv təşkilatları – Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyəti və “Ana Vətən ” Avropa Azərbaycanlı Qadınlar Birliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Yürüş Haaqadakı Sülh Sarayından (Vredes Paleis) başlayıb və Azərbaycanın Niderland Krallığındakı səfirliyinin qarşısında başa çatıb. Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını tutan soydaşlarımız qəhrəman şəhidlərimizin fotolarını, “27 sentyabr – Azərbaycanda Anım Günüdür!”, “Qarabağ Azərbaycandır!”, “Biz heç vaxt unutmayacağıq!” və digər şüarları nümayiş etdiriblər.
16:12
217
16:02
777
16:02
322