Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edildi
ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB-2 - YENİLƏNİB-1
Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər
28 Sentyabr 2021 13:01
3 164
Ermənistan Baş Prokurorluğu 2020-ci ilin payızında Qarabağda gedən döyüşlərlə əlaqədar iki mindən çox cinayət işinə baxacaq.
Erməni mediası yazır ki, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə bağlı Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində, Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində, eləcə də Xüsusi İstintaq Xidmətində cinayət işləri başlanıb.
Xüsusilə, hərbi birləşmələrdə yol verilən pozuntular, növbətçi məntəqələrdən imtina halları, hərbi xidmətdən yayınma halları, əmrlərə tabe olmamaq, özünü yaralamaq, döyüşdən qaçmaq, itkin düşmüş və ya əsir düşmüş hərbçilərin qohumlarından pul tələb etmə epizodları və s. cinayət əməlləri ilə bağlı qondarma respublikanın prezidenti və onun müşaviri, komandirlər, qondarma pespublikanın “Təhlükəsizlik Şurası”nın keçmiş katibi və digərləri daxil olmaqla təxminən 150 nəfər saxlanılıb. Əldə edilən sübutlar əsasında 800-dən çox adamın ədalətə cəlb edilməsi barədə qərarlar qəbul edilib.
Cavid
16:12
217
16:02
777
16:02
322