Sabirabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb, məhkəmə başlayır
Kallas: 2030-a qədər yeni ölkələrin Aİ-yə qoşulması real görünən hədəfdir
Binəqədi rayonunda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Naxçıvan şəhərində günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
4 Oktyabr  2021 17:07
1 743
Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra bizim digər o vaxt işğal altında olan rayonlara uğurlu addımlarımız mümkün olmuşdu.
Bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı xatırladıb ki, Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı, Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. “Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik və bir daha demək istəyirəm, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu”, - deyə Azərbaycan Prezidenti bildirib.