Kiyevdə nəqliyyat infrastrukturu obyektinə ziyan dəydiyi bildirilib
Yol polisi Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib
Azərbaycan metal sənayesində ixrac həcmi 2 mlrd. dollara çatdırılacaq
Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ: xammaldan hazır məhsula - ŞƏRH
12 Oktyabr 2021 16:04
2 898
Ermənistan heç vaxt düşünməmişdi ki, Azərbaycan qəti şəkildə Ermənistanın təxribatına cavab verəcək. Onlar düşünürdülər ki, Rusiya və Avropadakı erməni diasporunun rəsmi Bakıya təzyiqi səbəbindən Azərbaycan riskə getməyəcək. Amma Azərbaycan torpaqlarını azad etdi.
Bunu "Xalq Cəbhəsi"nə ekspert Məhəmməd Pervez Bilgrami (Hindistan) bildirib.
Ekspert qeyd edib ki, Ermənistan Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla və Türkiyənin birləşdirilməsini istəmir: "Düzdür, Qarabağ tam azad edilməyib, çünki Xankəndidə Rusiya sülhməramlıları var. Amma onlar müqavilə ilə oradaırlar, vaxt gələndə Qarabağı tərk edəcəklər”.
M.Bilgrami hərdən Ermənistan tərəfindən müharibə ritorikasına da münasibət bildirib. Ekspert qeyd edib ki, müharibə heç bir tərəfə xeyir gətirmir: “Amma düşünürəm ki, Ermənistanın yenidən Azərbaycana qarşı müharibə aparmaq gücü yoxdur”.
Cavid