Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Müsavat Partiyasında kütləvi istefa...

Müsavat Partiyasında kütləvi istefa... Siyasət

Müsavat Partiyasında kütləvi istefa...

Hüseyin Məlik: "Partiyada İsa Qəmbər, Arif Hacılı, Mustafa Hacılı, Razi Əmiraslanlı və Sevinc Hüseynovadan başqa heç kəs qalmayacaq"

Sərdar Cəlaloğlu: "Daha bir müddət partiyada dağılma müşahidə olunacaq"

İxtiyar Şirin: "Demokratiyadan, insan haqlarının qorunmasından danışan insanların özləri açıq şəkildə avtoritarizmlə məşğuldur"

Müsavatın Nizami rayon təşkilatının bir qrup üzvü bəyanat yayaraq partiyadan istefa verib. Bəyanat müəllifləri Arif Hacılının başqanlığı dövründə partiyadakı "dözülməz vəziyyətə" etiraz etdiklərini bildiriblər: "İllərini partiyaya vermiş, fədakar, mübariz insanların, alimlərin, ziyalıların, partiya başqanlığına olan namizədlərin rəhbərlik tərəfindən Müsavat Partiyasından çıxarılması müsavatçılar arasında hiddətə səbəb olub. Mövcud Divan və Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) "cəza kəsmə" məntəqəsinə və öz mənafelərinə uyğun "saxta bəyanat" verməklə kifayətlənən bir quruma çevrilib. Arif Hacılının müsavatçılara olan şəxsi "kin-küdurəti, avtoritar idarəetmə üsulu Müsavat Partiyasında dağıdıcılıq kimi xoşagəlməz situasiya yaradıb. Partiya Nizamnaməsindən kənar əməllər, müsavatçılara vurulan damğa, Qubad İbadoğlu, Vurğun Əyyub kimi siyasi aydınların partiyadan çıxarılması Arif Hacılının Məhəmməd Əmin Rəsulzadə yolundan sapmasının bariz nümunəsidir. Müsavat idarəçiliyində yol verilən qüsurlara etiraz edərək, biz aşağıda adları çəkilən şəxslər partiyadan istefa veririk".
İsveçrədə yaşayan müsavatçı Elbəyi Həsənli öz statusunda bu məsələyə toxunub: "Bu gün Müsavat Partiyası Nizami rayon təşkilatının 20 nəfərdən çox üzvü istefa verib. Mən bu təşkilatda qeydiyyatda olmuşam. İstefa verən insanların əksəriyyətin şəxsən tanıyıram. Onların yanındayam, onlarla həmrəyəm. Və Müsavat Partiyasını banda prinsipi ilə idarə edənlərə qarşı savaşda varam və Məhəmməd Əmin kişinin partiyasını oyuncaq halına gətirənlərə demək istəyirəm ki, namuslu musavatçılar nə vaxtsa sizləri Müsavat Partiyasından iti qovan kimi qovacaqlar".
"Bu müsavatçıları düşündürən əsas sualdır, bunun onlarla versiyası var, hamını düşündürür, lakin real cavabı yoxdur". Bunu "İsa Qəmbər müsavatçıların razı olmayacağını bilə-bilə nəyə görə, Arif Hacılını dəstəklədi?" sualına cavabında Müsavat Partiyası başqanının keçmiş müavini Hüseyn Məlik belə deyib. ""İsa Qəmbər niyə belə etdi?" sualının cavabını Arif Hacılı, İsa Qəmbər, bir də Allah bilir. Hətta Pənah Hüseynlə bu sualın cavabını axtarmağa çalışdıq. Müəyyən versiyaların üzərində dayandıq. Ancaq Pənah Hüseyn də dedi ki, "bunun cavabını mən də bilmirəm". Yəni Müsavatda baş verən proseslərlə bağlı hər zaman fikirlərimizi bölüşdüyümüz Pənah Hüseyn də bunu bilmədi" – deyə Hüseyn Məlik qeyd edib. Hüseyn Məlikin sözlərinə görə, qurultaydan əvvəl Müsavat rəhbərliyinin bu gün partiyadan gedən insanlarla müəyyən məsələləri müzakirə etmək imkanları olub: "Lakin indi İsa Qəmbər bu imkanları itirib. Əgər İsa Qəmbər birmənalı olaraq, Arif Hacılını dəstəkləməsəydi, bu günkü vəziyyət yaranmayacaqdı. İsa Qəmbər demokratik seçki keçirsəydi, Arif Hacılının timsalında heç bir şəxsə üstünlük verməsəydi, bu gün tərəfləri bir yerdə oturdub hakimlik edə, birləşdirici qüvvə kimi çıxış edə bilərdi. İsa Qəmbər açıq formada Arif Hacılını dəstəklədikdən sonra bu statusu itirdi. O, tərəfsiz olmalıydı. Bunu nəzərə alanda Müsavat üçün çıxış yolu görünmür. Proseslər davam edəcək. Nəhayətdə partiyada İsa Qəmbər, Arif Hacılı, Mustafa Hacılı, Razi Əmiraslanlı və Sevinc Hüseynovadan başqa heç kəs qalmayacaq. Bu gün Müsavatda statusu olmayan sıravi müsavatçı yoxdur. Hamısının bir vəzifəsi var. Belə partiya olmur. Bəlkə də İsa Qəmbər hesablaya bilmədi, səhv etdi. Yaxın 6-8 ayda İsa Qəmbərin niyə Arif Hacılını dəstəklədiyini cəmiyyətin özü görəcək. O, yenidən başqan ola bilər, ancaq liderlik statusunu birdəfəlik itirdi. Çünki paraşütçü ilə siyasətçi bir dəfə səhv edir. Təəssüf edirəm".
"Biz vaxtında İsa Qəmbərə demişdik ki, sən başqanlıqdan getsən, partiya dağılacaq", deyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, partiya yeniliyə meyilli olmadığı üçün rəhbər dəyişikliyi mənfi təsir göstərdi: "Rəhbərlik dəyişiləndə partiyada situasiya iki cür dəyişə bilər, ya o, güclənər, ya da dağılar. Müsavat Partiyası da ideloji yox, liderlik kultu üzərində qurulduğundan rəhbər dəyişikliyi belə nəticələndi. Biz vaxtında İsa Qəmbərə xəbərdarlıq etmişdik. Bilirdik ki, İsa Qəmbər getsə, Müsavat dağılacaq. Oxşar vəziyyətə Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Liberal Partiyasında da şahid olmuşuq. Etibar Məmmədov və Lalə Şövkət partiya sədrliyindən gedəndən sonra hər iki partiyanın hansı günə düşdüyü hamıya məlumdur".
S.Cəlaloğlu partiyadakı istefaların bir müddət davam edəcəyini proqnozlaşdırıb: "İsa Qəmbər çox pis vaxtda, çox pis şəraitdə Müsavat başqanlığından getdi. Bu proses davam edəcək və çox güman ki, daha bir müddət partiyada dağılma müşahidə olunacaq. İsa Qəmbər getməsəydi, Müsavat bu günə qalmazdı. Hesab edirəm ki, Müsavatın dağılmasında İsa Qəmbərin rolu az deyil".
Milli Konqress Partiyasının sədri, Müsavat Partiyasının bərpasında xidmətləri olmuş İxtiyar Şirin söyləyib ki, Müsavat Partiyası daxilində baş verənlər bu partiyanın tənəzzülə uğradığını göstərir. Onun sözlərinə görə, Vurğun Əyyub və Qubad İbadoğlu cəmiyyətdə tanınmış adamlardır: "Bu iki şəxsin, nəzərə alanda ki, onlardan biri başqanlığa real iddiaçı olub, partiyadan çıxarılması Müsavata başucağlı gətirməyəcək. Yəqin ki, Müsavatın hazırki rəhbərliyi bu yolla özünü gözləyən mümkün təhlükələrdən xilas olmağa çalışır. Müsavat Partiyasından kütləvi istefalar hazırki rəhbərliyin marağındadır. Heç şübhəsiz onlar buna mane olmayacaqlar. Görünən odur ki, Vurğun Əyyub və Qubad İbadoğlunun partiyadan çıxarılması İsa Qəmbərin sifarişi ilə baş tutub. İsa Qəmbər Vurğun Əyyubla bir yerdə ola bilmirsə, bu o demək deyil ki, o, partiyadan çıxarılmalı idi. Təəssüf ki, demokratiyadan, insan haqlarının qorunmasından danışan insanların özləri açıq şəkildə avtoritarizmlə məşğuldur. Müsavat Partiyasının onsuz da cəmiyyətdə nüfuzu yox səviyyəsində idi. Son hadisələr bu partiyanı daha zəif duruma salacaq və cəmiyyətdə bu partiyaya heç bir etimad qalmayacaq".

Əli