Erməni xəstəliyinin metastaz vermiş forması Siyasət

Erməni xəstəliyinin metastaz vermiş forması

Sivil qonşuluq prinsiplərindən uzaq olan bu toplum daha bir sıra saxtakarlıqlara əl atır. Bir sıra xarici internet resurslarının və həmçinin erməni mediasının yazdığına görə, hayların qondarma tarixçiləri 27 sentyabrı Artsax xalqına qarşı təcavüz günü kimi qeyd olunması təxribatını ortalığa atıblar. Təbii ki, onlar bu saxta və gülünc fikirlərini tirajlayıb və bunun üzərində qondarma siyasi ssenarilər quraraq dünyada davamlı yaymaq istəyirlər. Necəki 1915-ci il qondarma erməni soyqırımını 100 ildən artıqdır ki, dünyaya sırıyıblar. Əslində bütün bunlara əhəmiyyət verməmək olardı. Ancaq burada bir vacib məqam var. Bu da ondan ibarətdir ki, 1915-ci il qondarma erməni soyqırımının dünyada yaratdığı çaşqınlıq bunu deməyə əsas verir ki, belə təxribatların qarşısı zamanında alınmalıdır. Qara siyasətlərini kilsələrdə formalaşdıran, mediada internet resurslarında düşmənçilik püskürən erməni toplumun hədəfi sülhə, sabitliyə deyil, sonu görünməyən münaqişələrə hesablanıb.

Bunu “Xalq Cəbhəsi”nə ekspert Əkrəm Bəydəmirli deyib.
Onun sözlərinə görə, bu gün Ermənistanda yaşanan təlatümlərin səbəbi tarixi və mövcud gerçəyi həmçinin öz layiq olduqları məğlubiyyətlərini həzm edə bilməmələridir.
Xarici qüvvələrin köməyi ilə son iki əsrdə hər zaman bizim tarixi torpaqlarımızı işğal edərək özlərinə dövlət quran və bu işğaldan daha da iştaha gələn bir xəstə toplum indi işğal etdikləri Azərbaycan ərazilərinin müəyyən hissəsini itirən zaman psixoloji böhrana düşüb. Bu məğlubiyyəti həzm edə bilməyən erməni toplumu və onun cinayətkar liderləri bu vaxta qədər dərk eləmir ki, bu, torpaqlar öz sahiblərinə qayıdıb:

“Ermənistanda istər revanşist qüvvə olsun, istərsə də qeyri revanşist və yaxud liberal düşüncəli olsun bunların Azərbaycana və türk dünyasına qarşı mövqeyi çox vaxt eyni olur. Təəssüf ki, bütün bunlar erməni xəstəliyinin metastaz vermiş formasını xatırladır. Regionda bu düşüncə ilə necə sülhü bərqərar etmək olar, birgə sivil qonşuluq prinsipləri ilə yaşamaq olar? Dünyada gedən proseslər, mövcud reallıq onu diktə edir ki, biz bu toplumla birgə yaşamalıyıq, məqamı gələndə bunları əhliləşdirməliyik. Onu da unutmaq olmaz ki, silahı yerə qoymamaq şərtilə təbliğat sahəsində işimizi ən yüksək səviyyədə qurmalıyıq”.

Nəhayət dünyada separatizmə yox deyilməsi, möhkəm sülhə sadiqlik üçün bu, qazandığımız möhtəşəm Zəfər masa üzərində təsdiqini tapmalıdır. Necəki faşızmin nə qədər təhlükəli olduğunu beynəlxalq aləm birmənalı qəbul etdi. Təəssüf ki, hazırda faşizmin yeni bir forması olan erməni separatizminə münasibət adekvat deyil. Bu isə ondan xəbər verir ki, erməni separatizmini dirçəltməyə hazır olan qüvvələr çox konfiqurasiyalı siyasətlərini davam etdirirlər. Bütün bu amillər regionda sülh və sabitlik üçün ciddi təhdid olaraq qalır:

“Biz millət, dövlət olaraq postmüharibə dövründə informasiya siyasətini çox qüsursuz, peşəkar həyata keçirməliyik. Növbətçi tarixçilərdən, yerlibazlığdan, dostbazlığdan və nəhayət etinasızlıqdan qurtulmaq lazımdır. Elmli, imanlı insanlara, tədqiqatçı alimlərə, intellektual potensialı olan Vətəndaş Cəmiyyəti İnstitutlarına, dürüst media quruluşlarına və digər şəxslərə isti münasibət artmalıdır. Bu istiqamətdə işlər görən media quruluşlarının, QHT sektorunun maliyyə problemi aradan qalxmalıdır. Bu sahədə müəyyən çatışmazlıq var. Düşünürəm ki, onu aradan qaldırmaq gec deyil.

44 günlük Vətən müharibəsində Azərbaycan böyük Zəfər tarixini yazdı. Şablon səslənsə də bunları qeyd etməliyik. Biz Şəhidlərimizin, qazilərimizin qəhrəmanlığını dərindən öyrənməliyik. Onların bu fədakarlığı ədəbiyyat nümunələrində, kinofilmlərdə əksini tapmalıdır. Bu işlər ura halında deyil, kampaniyaçılıqdan uzaq, yalnız peşəkarların iştirakı ilə həyata keçirilməlidir. Bütün bunlar yetişən gənc nəslin məsuliyyətli vətənpərvərlik ruhunda dərin iz buraxar, digər tərəfdən gözlənilən təhlükələrin qarşısını ala bilər”.

Cavid