14:00
861
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik sursatın Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
MSB-nin bəyanatı aşağıdakı kimidir:
"İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.
Ölkəmizin ərazilərinə və hava məkanına yönələn hər növ təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görülür; hadisənin bütün tərəfləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır.
Milli təhlükəsizliyimiz prioritet götürülərək bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir."
Məryəm Quliyeva