
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Avropa İttifaqı (Aİ) bugünədək Azərbaycana azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün 2,5 milyon avro vəsait ayırıb.
Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
O bildirib ki, Aİ minaların təmizlənməsi sahəsində Azərbaycan hökumətinə dəstəyini davam etdirir.
"Bundan başqa, biz əhlainin mina təhlükəsizliyi barədə məlumatlandırılmasında da Azərbaycana dəstək göstəririk", - deyə o bildirib.
P.Mixalkonun sözlərinə görə, Aİ nümayəndəliyi əlavə maliyyələşmənin təmin olunması üçün Azərbaycan hökuməti ilə işləyir.