22 Fevral 2022 12:51
3 633
Belçikada Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək. Bu barədə xalqcəbhəsi.az-a Azərbaycan-Belçıka Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi məlumat verib. Onun sözlərinə görə, anım tədbirləri Azərbaycan-Belçıka Dostluq Cəmiyyəti, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Gent Türk Ocağının təşkilatçılığı ilə reallaşacaq. Tədbirlər fevralın 24-də Belçikanın paytaxtı Brüsseldə, fevralın 25-də Belçikanın Gent şəhərində, fevralın 26-da isə Niderlandın Haaqa şəhərində baş tutacaq.
13:37
735
19 İyun 21:29
1 890
19 İyun 21:15
2 009