“Bu gün erkən nikah və qeyri-rəsmi nikahlarla bağlı ölkədə ciddi problemlər var” Layihə

“Bu gün erkən nikah və qeyri-rəsmi nikahlarla bağlı ölkədə ciddi problemlər var”

Dünya Əliyeva: “Bu, gənc qızların təhsil almasına maneə yaradır”

“Bu gün erkən nikah və qeyri-rəsmi nikahlarla bağlı ölkədə ciddi problemlər vbar. Bu problem ölkənin bütün bölgələrini əhatə etsə də, əsasən cənub rayonlarında geniş yayılıb”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünya Əliyeva deyib. Təşkilat rəhbəri bildirib ki, erkən nikahlar bir çox problemlərə yol açır, o cümlədən gənc qızların təhsil almasına maneə yaradır: “Erkən nikahın mövcud olması ilk növbədə qadınların reproduktiv inkişafına, qadınların vaxından əvvəl yaşlanmasına, doğulan uşaqların sağlamlığında problemlərin yaranmasına, uşaqların təlim və tərbiyəsinin təhsili olmayan qadınlar tərəfindən aparılmasına və uşaqların normal təhsil almasına öz mənfi təsirini göstərir. Bu mənfi təsir cəmiyyət üzvləri arasında qarşısı alına bilinməyən və bəzi hallarda tibb elminin aciz qaldığı problemlərə yol açır. Bu da öz növbəsində cəmiyyətin inkişafı və təhsilli gənclərin formalaşmasına öz mənfi təsirini göstərir.
Problemin ictimai əhəmiyyətini necə müəyyən olunmasını kütləvi informasiya vasitələrində yayılan məlumatlara və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi hesabatlarda görmək mümkündür. Belə ki, statistik nəticələr son illərdə cənub regionlarında erkən nikahların və qeyri-rəsmi nikahların qeydə alınması göstərir. Rəsmi statistikaya əsasən Azərbaycanda hər il 4000-ə yaxın erkən nikah baş tutur. Belə nikahlardan 3500-ə yaxın körpə dünyaya gəlir. Bu statistika problemin ciddiliyindən xəbər verir. Bundan əlavə, Dövlət İmtahan Mərkəzi tərəfindən verilən statistika da bildirilir ki, Azərbaycanın elə bölgələri var ki, orada abituriyentlərin gender göstəriciləri kəskin fərqlənir. Xüsusən cənub rayonlarında bu fərq özünü daha qabarıq göstərir. Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, gənc qızlar erkən yaşlarından təhsil hüququndan məhrum edilir.
Bildiyimiz kimi, Azərbaycanda erkən nikah yaşı 18 yaşadək müəyyən olunub. Yəni, 18 yaşı tamam olmamış şəxsin nikahı erkən nikah hesab edilir. Problemin aktuallığı əsasən cəmiyyətin inkişafının təməl daşı olan təhsilin erkən nikah olduğu təqdirdə mövcud olmaması, başqa sözlə, erkən nikaha daxil olan şəxsin daha tez ailə qayğıları ilə üzləşməsi və nəticə olaraq təhsildən kənarlaşmaları hallarının yaranması ilə nəticələnir və eləcə də cəmiyyətin həyatında passiv iştirak edir, bir çox sosial layihələrdən kənarda qalırlar”.
D.Əliyeva diqqətə çatdırıb ki, təşkilat olaraq erkən və qeyri-rəsmi nikahların bağlanmasının zərərli nəticələrinin təbliği ilə bağlı çoxsaylı layihələr, tədbirlər həyata keçiriblər: “Əsasən gənc qızların yarımçıq qalan təhsillərinə səbəb olan halların müəyyən edilməsi və valideynlərin qızların təhsil almaqlarına sövq edilməsinə təşəbbüslərin hazırlanması, erkən və qeyri-rəsmi nikahın hüquqi problemləri və tibbi fəsadları barədə maarifləndirilmə işləri aparmışıq. Lerik, Astara və Biləsuvar rayonlarında tədbirlər keçirmişik. Tədbirdə layihəyə cəlb olunmuş hüquqşünas erkən və qeyri-rəsmi nikah mövcud olduğu halda cəmiyyət üzvlərinin hüquq riski və əmlak manəfelərinin itirilməsi barədə təlim keçib, həkim-ekspert isə erkən nikah baş verdiyi zaman gənc qızlarımızın vaxtıdan əvvəl ana olması nəticəsində onların reproduktiv inkişafına mənfi təsirinin nəticələri barədə tədbir iştirakçılarına və mediaya məlumat verilib”.

D.Əliyeva əlavə edib ki, bu cəmiyyət üçün aktuallığını saxlayan ciddi problemdir və erkən və qeyri-rəsmi nikahların qarşısının alınması istiqamətində maarifləndirilmə işinin davam etdirilməsi zəruridir: “Erkən nikahların baş verməsinin cəmiyyət üçün fəsadlarının təbliğ olunmalı, erkən nikah və qeyri-rəsmi nikahların nikaha girən şəxslər üçün yarana bilən hüquqi problemlərin qarşısının alınması barədə təlimlərin keçirilməli, erkən nikahların törətdiyi tibbi fəsadlar və onların aradan qaldırılması ilə bağlı bilgilər verilməli, erkən nikah və qeyri-rəsmi nikahların cəmiyyət üçün zərərli nəticələrinin mediada işıqlandırılması və dövlət orqanlarının bu problemin həllinə təşviq edilməsi vacibdir. Biz təşkilat olaraq bunu nəzərə almışıq və keçirdiyimiz layihəyə uyğun olaraq tədbirlərin regionlarda əhalinin sıx məskunlaşdığı və əsasən həssas qrupların yerləşdikləri ərazinin məktəb və kollec/univeristetlərində keçirilməsi üçün çalışmışıq.
Layihə keçirilən ərazinin icra nümayəndələri və regional QHT nümayəndələri ilə görüşlər keçirmişik. Çünki, erkən və qeyri-rəsmi nikahlar əsasən həssas qruplar və təhsilin normal inkişafının olmadığı ərazilərdə daha çox rast gəlinir. Layihələr əsasən şəhərlərin məktəb və kolleclərində və ya universitetlərində ona görə keçirilir ki, çünki, erkən və qeyri-rəsmi nikaha girən şəxslərin əsasən müvafiq olaraq məktəbli və tələbə olması faktı müəyyən olunur: “Yəni, erkən və qeyri-rəsmi nikahın qurbanları məhz bu yaş kateqoriyasına aid olan şəxslər qrupu aid edilir. Məktəblilər, kollec və universitet tələbələri, valideynlər və müəllimlər həyaa keçirdiyimiz təbrilərdə əldə olunan məlumatlardan müxtəlif formada faydalanırlar. Erkən nikahın əsasən məktəblilər arasında olması, qeyri-rəsmi nikahın isə kollec və universitet tələbələri arasında baş verməsi hallar daha çoxluq təşkil edir. Valideynlər isə bəzi hallarda erkən nikahın baş verməsinin səbəbkarı olurlar. Buna görə də erkən nikahın və qeyri-rəsmi nikahın fəsadlarının tibbi və hüquqi nəticələri barədə valideynlərin məlumatlı olması zəruridir. Müəllimlər isə öz şagird və tələbələrinə lazımi informasiya verə bilər və nəticə olaraq cəmiyyət üçün faydalı gənclər yetişməsinin səbəbkarı ola bilərlər”.
Təşkilat rəhbəri əlavə edib ki, Astara, Biləsuvar, Lerik rayonları ona görə seçilib ki, erkən və qeyri-rəsmi nikahların əsasən cənub regionlarımızda geniş vüsət alması və bu problemlərin həllində çətinliklərin olması və eləcə də maarifləndirilmənin kifayət qədər olmamasıdır: “Hesab edirəm ki, bu addımlardan, həyata keçirilən təbirlərdən gözləntilər çoxdur. Bu layihədən faydalanan şəxslərin əsasən cənub rayonlarında geniş kateqoriyası və erkən və qeyri-rəsmi nikahların zərərli nəticələri barədə maarifləndirməyə ehtiyacı olan şəxslərin dairəsinin böyük olması nəticələrin də yüksək səviyyədə olması anlamına gəlməlidir. Bizdən başqa hər hansı bir təşkilat da bu istiqamətdə tədbirlər keçirərsə, məktəblilər və kollec/universitet tələbələrinin yaş kateqoriyasını nəzərə alaraq layihənin məhz təhsil ocaqlarında keçirilməsi və erkən və qeyri-rəsmi nikahların qarşısının alınması nöqteyi-nəzərdən vacib hesab edilməlidir. Çünki, bu ərazilərdə maaridləndirilmə işini aparılması daha çox faydalanan şəxslər qrupunu əhatə edə bilər və nəticələrin də yüksək olmasına səbəb ola bilər”.
D.Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa həmçinin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyada müəyyənləşdirilmiş son həddir.
Azərbaycanda erkən nikahlar və bunun ailə genefondumuza mümkün təsirləri son illər ictimai diqqət çəkən mövzulardan olub. Bu aspektdə “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı bölgələrdə Azərbaycanda erkən nikahın qarşısının alınması və ona qarşı tədbirlərlə bağlı qanunvericilikdə, siyasətdə və təcrübədə tələb olunan təkmilləşdirmə üzrə tövsiyələr təqdim olunub. Ölkənin regionlarının şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” aparılan statistik müayinəyə əsasən, 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb.
Bu baxımdan hesab edirəm ki, problemin ciddiliyini nəzərə alaraq daha çox iş görməli, maarifləndirmə işini intensiv şəlkildə aparmalıyıq”.

Əli