“Erməni vandalizminin qarşısının alınması üçün biz simpoziumlar keçirir, xarici mətbuatda çıxışlar edirik” Layihə

“Erməni vandalizminin qarşısının alınması üçün biz simpoziumlar keçirir, xarici mətbuatda çıxışlar edirik”

Faiq İsmayılov: "2011-ci ildə Strasburqda Ermənistana qarşı məhkəmə iddiası qaldırmışıq"
Əvvəli ötən saylarımızda

" Əgər elmi cəhətdən araşdırmaq istəsək, Qarabağ bölgəsinin hər qarış torpağında qədimdən yalnız yerli türk sakinlərin müxtəlif izlərinə rast gəlmək mümkündür. Burada belə bir məntiqin mövcudluğu əsas verir deyək ki, hələ eramızdan əvvəl III–II minilliklərdə Azərbaycanın Xocalı, Ağdam, Ağdərə, Xocavənd. Qubadlı, Laçın, Kəlbəcər, Gorus, Qarakilisə, Basarkeçər, Mehri, Qafan, İrəvan, Eçməzdin,Gümrü və digər rayonlarının ərazilərində yaşayan yerli sakinlər yalnız türkdilli etnoslar olub". Bu fikirləri "Xalq Cəbhəsi"nə müsahibəsində Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İtimai Birliyinin sədri Faiq İsmayılov səsələndirib. Onun fikrincə, bu ərazilərdə eyni zamanda biz qədim türkdilli tayfaların etiqadı ilə əlaqədar təsviri sənətə gəlib bir çox orjinal sujetli motivlərə rast gəlirik.
-Ermənistan Respublikası, 1992-1993-cü illərdə Azərbaycan ərazilərini işğal etdikdən sonra qeyri-qanuni olaraq Azərbaycanın Daşınmaz Tarix və Mədəniyyət Abidələrinin memarlıq quruluşunda və interyerində də dəyişikliklər edib, divar yazılarını korlayıb, abidələrnin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də xeyli alban dövrünə məxsus bir çox bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silmiş, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar. Bu ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparır, xaraba qalmış kəndlərdə kilsələr tikir, toponimləri dəyişdirir, Azərbaycanın maddi-mədəniyyət nümunələrini mənimsəyib, əraziləri erməniləşdirməklə məşğul olurlar.
-Hazırda Qarabağda olan tarixi abidələrimizlə bağlı real vəziyyət nə yerdədir?
-1836-cı ildə rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunaraq və onun mülklərinin erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilməsi üçün rus çarı I Nikolay xüsusi olaraq fərman da imzalamışdı. Bu hadisədən bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri, daha dəqiq desək, Qarabağ regionunda ermənilərin XVIII əsrin sonlarından başlayaraq davam edən sıx məskunlaşmaları nəticəsində Alban dövlətçiliyi və dini Qarabağda müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin qriqoryanlaşdırılması, yəni erməniləşdirilməsı prosesi başladı.
Bu hadisə Cənubi Qafqazda xristian dövrü mədəni dəyərlərin məhv edilməsinə və ya erməniləşdirilməsinə səbəb oldu. Belə ki, alban kilsələrindəki əlyazmaların erməni dilinə tərcümə edilərək orijinallarının yandırılmasına, kilsə və monastırların interyerindəki yazıların və bədii daş nümunələrinin formaları dəyişdirildi.
Azərbaycanın işğal altındakı ərazilərində xeyli sayda Alban dövrü sovmə və dairəvi məbədlər kimi memarlıq abidələri var ki , bu abidələr xristianlıq dövrünə qədər olan abidələr sayılırlar. Yəni bu abidələr xristian dinindən öncə inşa edildiyindən onların üzərində heç bir dini simvollar, dini inancları andıran atributlar yer almayıb, çünki bu abidələr özlərinin nə memarlıq quruluşlarında, nə də tikinti üslublarında dini inancları əks etdirmirlər. Beləki, dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dovrunə aiddir və tədqiqatcıların fikrincə bu məbədlər gunəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dovrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır.
Xristianlığa qədər, alban dövrü memarlığın ən kutləvi formalarından biri də sovmələrdir...
Bu abidələrin ən möhtəşəm nümunələrindən biri, bəlkədə birincisi Laçın rayonunun Kosalar kəndi yaxınlığındakı tikinti tarixi IV əsrə aid edilən Ağoğlan məbədi hesab edilir... Ermənilər 1992-ci ildə bu əraziləri işğal etdikdən sonra Ağoğlan qəsrini təmir etmək bəhanəsi ilə abidənin daxili interyerini ciddi dəyişikliyə uğratdılar. Beləki, abidənin divarları üzərində olan bir neçə daş yazıları eləcədə xeyli sayda alban dövrünə məxsus ornament və simvolları tamamilə məhv edib bir çoxunun isə formalarını dəyişdirdilər...
31-05-2015-ci il tarixdə Ermənistanın " NovostiNK.ru" saytında Aşot Beqlaryan adlı birisinin "Мусульманские памятники в Нагорном Карабахе охраняются государством" adlı yazısında Qarabağda tətbiq olunan erməni vandallığı bütün çılpaqlığı ilə özünü göstərir. Yazıda 167 erməni kilsəsi 8 monastr kompleksi, 2500 yüksək keyfiyyətli xaç – daşı (Bu daşlar son 20 ildə ermənilər tərəfindən inşa edilmişdir. F.İ), 10 000 min qəbirüstü epiqrafik yazılı daşlar, 33 000 min qədim qəbir daşının erməni mənşəli olduğu göstərilir. Halbuki o dövrdə bu ərazilərdə bir nəfərdə olsun erməni yaşamamışdır. Hlbuki ermənilər son 20 ildə bu on min epiqrafik yazı nümunələrinin məzmununda dəyişiklik ediblər, onların bir çoxunu İrəvan şəhərinin Matadaran meydanına apararaq orada açıq havada nümayiş etdirirlər. 33 min qədim qəbir daşlarının 1300 –nün üzərində bu qəbirlərin ermənilərə məxsus olduğu barədə ifadələr yazıblar. Bütün bu vandallıqları ifşa etmək üçün Cənubi Qafqazda xristianlıq dıvrü bazillika və monastrların tikinti quruluşunun öyrənilməsi böyük əhəmiyyət kəsb edir.
Alban dovrunun ən murəkkəb tikililəri bir qayda olaraq bazillikalar və monastırlar hesab olunurlar. Monastr və bazillikalar, kilsə və sovmələrdən fərqli olaraq iki, üç və hətta dördnefli əzəmətli tikinti quruluşuna malik olurlar. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulur. Bu abidələrin də tikinti üslubu və ozunəməxsus xususiyyətləri şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənirdi.
Albaniyada xristianlıq memarlığı uslubunda dairəvi məbədlər deyilən xususi memarlıq da yayılmışdı və bu memarlıq uslubu yalnız albanlara aiddir. Bunu bir cox tədqiqatcılar datəsdiq edirlər ki, bu uslub Cənubi Qafqazda yalnız Albanlara məxsusdur. Cunki xristianlığaqədərki dövr Alban memarlıq abidələrinin daş və divarları uzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələrdə, abidələrin memarlıq quruluşu forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır. Belə abidələrdən biri də Gəncəsər məbədidir.
Gəncəsər məbədi – Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsr xristian alban monastırıdır. XIII əsrdən başlayaraq XIX əsrə qədər Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub. Hal – hazırda ermənilər bu abidənin ermənilərə məxsusluğu barədə çox ciddi işlər aparır, abidəni həm daxildən və həm də xaricdən çox ciddi dəyişikliyə məruz qoyurlar.
Hələ Sovet dövrü, aparılan tədqiqatlar zamanı, məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olmuşdu ki, bu abidə "yüksək və büyük Arsax ölkəsinin hökmdarı, Alban geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni, oğlu knyaz Atabəy gətirib Gəncəsər məbədində dəfn etmişdir. Eyni zamanda Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimləri bu məbəd kompleksinin ərazisində dəfn olunmuşlar. Ermənilər tərəfindən Gəncəsər monastırının nəinki hasarları, eyni zamanda monastırın daxili interyerində də böyük sayda forma dəyişikliyi aparılıb. Beləki monastırın içərisindəki qəbir daşları sındırılaraq üzərindəki yazılar oxunmaz hala gətirilib. Divarlar daxildə yağlı boyalarla rənglənib və erməni dilində müxtəlif yazılarla bəzənib və s. Monastırın xarici divarları tamamilə başdan – başa mərmər pilitələrlə örtülüb. Bu hadisə hətta erməni ziyalılarının da ciddi narazılığına səbəb olub.
Azərbaycanın İşğal Altındakı Ərazilərində müxtəlif bəhanələrlə Ermənistan Hökuməti məqsədli şəkildə xristianlıq dovru abidələrin uzərindəki ornamentləri, elementləri və digər yazı numunələrini dəyişərək saxtalaşdırırlar ki, bu da kutləvi şəkildə Alban dovru abidələrin ilkin gorkəminin itirilməsinə və Alban mədəniyyətinin tədricən məhv edilərək tarixdən silinməsinə səbəb olur. Cənubi Qafqazda xüsusən də işğal altındakı Azərbaycan torpaqlarında tarixi kökə və mədəniyyətə malik olmayan ermənilər suni şəkildə belə iyrənc yollarla özlərinə tarix yaradıb dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əzəli və əbədi sakinləridirlər.
Ermənistan Hökuməti məqsədli şəkildə işğal altında saxladığı Azərbaycan ərazilərdə Alban abidələrini mənimsəyərək, Alban memarlığının milli mənsubiyyətini dəyişdirirlər. Bu da oz novbəsində tarixin saxtalaşdrılmasına gətirib cıxarır. Bu barədə gürcü tarixcisi A. Cavcavadze "Ermənilər və qan ağlayan daşlar" əsərində dolğun şəkildə əks etdirmişdi.
Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər bir qismi vandalizmə uğradılması ciddi təşviş doğurur. Memarlıq abidələri; Öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; Qalalar, siklop tipli memarlıq abidələri, karvansaralar, malikanələr, saraylar, məscidlər, türbələr, su dəyirmanları, kahalar, qara damlar və ev damları; sovmələr, bazilikalar, kilsələr və monastrlar; xüsusi quruluşa malik fərdi evlər, hərbi istehkamlar, mədəniyyət sarayları, ictimai binalar, ticarət mərkəzləri; elm, təhsil və nəqliyyat müəsisələrinin binaları, o cümlədən heykəllər, qəbrüstü abidələr, bədii incəsənət nümunələrinin böyük bir qismi tamamilə sökülüb tanınmaz hala salınmış və ya təhqir edilmişdir. Ermənistanın bu hüquqa zidd əməlləri nəticəsində işğal altındakı Azərbaycan ərazilərində qalan islam dini abidələri, bağ parklar və memarlıq ansambılları ermənilər tərəfindən dağıdılaraq artıq çoxdan tarixə çevrilmişdir. Hesab edirik ki, ermənilərin bu hüquqazidd əməlləri Beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır.
Aydındır ki, təkcə hüquqazidd əməlin törədilməsinə qədər mövcud olan vəziyyətin bərpa edilməsi tam ödəmə üçün kifayət deyil. Belə ki, bu cür əməllər tək maddi zərərin vurulması ilə məhdudlaşmır, onlar eyni zamanda, əlavə mənəvi zərərin vurulması ilə müşayiət olunur. Odur ki, BMT Baş Assambleyasının 56/83 saylı "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" qətnaməsinə əlavənin 31-ci maddəsinə əsasən məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllərə görə vurduğu zərəri ödəməlidir və bu zərər hüquqazidd əməllər nəticəsində vurulmuş istənilən maddi və mənəvi ziyanı özündə əks etdirir. Bundan başqa, həmin "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti"nin 34-cü maddəsinə əsasən beynəlxalq hüquqazidd əməllər nəticəsində meydana gəlmiş hüquq pozuntularının nəticələrini bütövlükdə aradan qaldırmaq üçün ödəmə ya ayrı-ayrı formaların və ya bütün formaların tətbiq edilməsini tələb edə bilər. Bu pozulmuş beynəlxalq öhdəliyin xarakterindən, həmçinin vurulmuş zərərin növündən və miqdarından asılıdır. Ödəmə formasının seçilməsi eyni zamanda zərərçəkmiş tərəfin əsaslandırılmış istəyindən asılıdır.
-Prosesin qarşısının alınması üçün təşkilat olaraq hansı addımlar atmısınız? Beynəlxalq təşkilatlara müraciətlər göndərilibmi?
-Erməni vandalizminin qarşısının alınması üçün biz simpoziumlar keçirir, xarici mətbuatda çıxışlar edirik. Onu da qeyd etməliyəm ki işğal altındakı Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrini məhv etdiklərinə göra 2011- ci ildə biz Strasburqda Ermənistana qarşı məhkəmə iddiası qaldırmışıq.

Əli