SSRİ dövründə Dağlıq Qarabağ problemi Layihə

SSRİ dövründə Dağlıq Qarabağ problemi

7-ci yazı

Bu gün ermənilər havadarlarının köməyilə işğal etdikləri Azərbaycan torpaqlarında özlərinin varlığını daimiləşdirmək üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov tədqiqatında 1918-1920-ci illərdə Laçında baş vermiş hadisələr haqqında danışılır. Faktlardan aydın görünür ki, erməni məkrində həmişə çox fəal amansızlıq nümayiş etdirib, məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə edib: " Azərbaycanda baş verən erməni cinayətlərinin qarşısını almaq üçün nə Bakıı nə də Moskva heç bir əməli tədbir görmürdü. Məhz bu səbəbdən də xalq kütləsi Bakıda, Ermənistandan və DQMV-dən azərbaycanlıların kütləvi şəkildə qovulmasına, Moskvanın və İrəvanın DQMV-də qeyri-qanuni silahlı dəstələr yaratmasına, Topxana meşəsinin qırılmasına, Vilayətin azərbaycanlılar yaşayan kənd və qəsəbələrinin ermənilər tərəfindən mühasirədə saxlanmasına etiraz olaraq noyabr ayının 18-dən Azadlıq meydanında fasiləsiz mitinqlərə başlandı.
Bakıda başlanan bu etiraz dalğası tezliklə Azərbaycanın bütün regionlarına yayıldı. Xalq, hökuumətdən ölkədə baş verən erməni cinayətlərinə son qoyullmasıını tələb edirdi.
Hökumət isə cinayəti törədənləri deyil, cinayətə etiraz edənləri itaətə çağırırdı. Hətta Hökumət məcbuuriiyyət qarşısında mitinqlərə toplaşan insanları hədələməkdən belə çəkinmirdi.
Səngimək bilməyən bu etiraz dalğasını yatiırmaq üçün Azərbaycan Hökuməti Moskvanın təziqi ilə hərbi qüvvələrdən istifadə etməyə qərar verdi. Belə ki 1988-ci ilin Noyabr ayının 22-də Gəncə şəhərində hərbçilərin şəhər mitinqinə müdaxiləsi bir nəfərin ölümü ilə nəticələndi.
Noyabr ayının 24-də Bakıda, Naxçıvanda və Gəncədə fövqaladə vəziyyət elan edildi.1988-ci ilin Dekabr ayının 5-də Bakıının Azadlıq meydanında mitinq ordu hiissələrinin köməyi ilə dağıdıldı. Bu qarışıqlıq zamanı üç nəfər həlak oldu.


Erməni saqqallıları, azərbaycanlıların vəsaiti hesabına silahlandırılırdı


Özünün işğalçılıq siyasətini dövlət səviyyəsinə qaldıran Ermənistan, hər vəchlə Qarabağda gərginliyi artırmaqla, vilayətdən azərbaycanlıları qovmağa çalışırdı. Ermənilər 1988-ci ilin sentyabr ayında Qarabağın kənd və qəsəbələri üzərində vertolyotlarla uçaraq yerə "Azərbaycanlılar, Qarabağda sizə yer yoxdur, nə qədər ki, sağsınız çıxıb gedin" Yazılmış vərəqələr səpələyirdilər.
Qarabağdan azərbaycanlıların qovulması prosesini sürətləndirmək üçün erməni ideoloqu Zori Balayan artıq silahlı terror yoluna keçməyin vaxtının çatdığını elan etdi. O, qeyd edirdi ki, ilkin mərhələdə Dağlıq Qarabağın ətrafında bufer zona yaratmaqla Qarabağ ermənilərinin müstəqilliyini tanıtmaq sonra isə bu əraziləri Ermənistana birləşdirmək lazımdır. Bu itkisiz olmayacaq. Münaqişədən qalib çıxmaq üçün vaxt itirmədən əhali silahlandırılmalıdır.
Zori Balayanın təşəbbüsü ilə bu işin təşkilatçılığı DQMV-nin partiya Komitəsinin birinci katibi H. Poqosyana və vilayətin komsomol komitəsində işləyən R.Koçaryana (Ermənistanın keçmiş prezidenti) tapşırıldı. Onlar hərbi təcrübəsi olan yerli və xarici ermənilərdən ibarət silahlı dəstələr yaradaraq xüsusi hərbi poliqonlarda onlara təlimlər keçir, bu dəstələrin parakəndə halında meşələrdə yaşamalarına şərait yaradaraq, bütün zəruri mallarla ehtiyaclarını ödəyirdilər.
1988-ci ilin payızında artıq ermənilərin hərbiləşdirilmiş silahlı dəstələri Qarabağın meşələrində görünməyə başladı. Onlar saqqallarını uzadaraq meşələrdə yaşayır DQMV-nin rəhbərliyi tərəfindən silah sursat və ərzaqla müntəzəm təmin olunurdular. Saqqalıların vəzifəsi azərbaycanlıların yaşayış mərkəzlərində təxribatlar, sui-qəsdlər törədərək əhalini daim qorxu və vahimə içərisində saxlamaqla bərabər rəhbərlərindən gələn növbəti təlimatlara əməl etmək idi.
Azərbaycan Hökumətinin erməniləri sakitləşdirmək üçün ümidsiz cəhdləri bir fayda vermirdi. Ermənilər dinc qonşuluğu düşmənçiliyə çevirirdilər. Artıq onlara Tibilisidən "Dağ tülküsü" ləqəbli general Arkadi İvanoviç Ter-Tadovesyan, əslən ABŞ-ın Kaliforniya ştatından olan Livan vətəndaşı məhşur terrorist "Abo" ləqəbli Monte Melkonyan, İrəvan şəhərindən Tatul Karapetyan kimi xüsusi təlim görmüş canlı qüvvələr öz silahlı dəstələri ilə Qarabağda azərbaycanlılara qarşı vuruşmağa gəlirdilər. Meşələrdə erməni millətindən olan qaniçən saqqallı insanların peyda olduğu barədə müxtəlif vahiməli xəbərlər azərbaycanlıların yaşayış
məntəqələrində sürətlə yayılırdı.
Meşələrdə saqqallıların olduğu xəbəri çox keçmədi ki, özünü doğrultdu. Belə ki, 1989-cu ulin Avqust ayında Laçın rayonunun 26 Bakı komisarı adına sovxozun (Turşsu kəndi) ərazisində partlayış baş verdiyi barədə rayon daxili işlər şöbəsinə məlumat daxil oldu.
Çox çəkmədi ki, rayon prokrorunun müstəntiqi Nizami Babayevdən, rayon daxili işlər şöbəsi rəisinin müavini İsrafil Xanlarovdan, Dövlət Təhlükəsizliyi Komitəsi Laçın rayon bölməsinin rəisi Əhmədağa Həşimovdan ibarət operativ dəstə yaradılaraq hadisə yerinə gəldilər. Məlum oldu ki, əraziyə partlayış törətmək məqsədi ilə bir qrup erməni, meşədə istirahət edərkən partlayıcılarla ehtiyatsız davrandıqlarına görə partlayış baş vermiş, cinayətkarlar hadisə yerindən qaçmışdılar. Ərazi müayinə olunarkən 5 ədəd saat mexanizmli kustar üsulla hazırlanmış mina, 7 ədəd xüsusi plastik kütlədən hazırlanmış və aminal ilə doldurulmuş
butılka, 5 ədəd içərisində aminal və içi qırmalar olan banka, partlayıcı maddə doldurulmuş paketlər, xeyli patron, balta, çəkic, ərzaq məhsulları və tibbi yardım göstərmək üçün aptek qutuları, aşkar edilərk götürülmüşdür. Bu hadisə göstərdi ki, ermənilərin başladığı bu milli münaqişə artıq silahlı terror yoluna qədəm qoyur.
O, dövrdə bu dəstələrin saxlanması üçün lazım olan böyük məbləğlərdə vəsait Vilayətin büdcəsindən götürülürdü. Bundan başqa indiki Ermənistanın və Vilayətin erməni sakinlərindən pullar yığılır, ictimai-iaşə obyektlərində, vətəndaş xidmətləri bürolarında və digər müəsisələrin sifarişçiləri aldadılaraq, pulları əllərindən alınır bu silahlı dəstələrin saxlanmasına xərclənirdi.
Bu prosesdə yenə də ən böyük qurbanlıq azərbaycanlılar idilər. Belə ki, Vlayətin şəhər və
qəsəbələrinin əmanət kassalarındakı azərbaycanlıların adına qoyulmuş əmanətlər vilayət rəhbərliyi tərəfindən onların özlərinə qaytarılmadan birbaşa erməni muzdlularına silah-sursat alınması üçün istifadə olunurdu".
F.İsmayılovun araşdırmasında daha sonra vurğulanır, bütün bu baş verənlərdən xəbərsizmiş kimi Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçov çox yumşaq şəkildə Azərbaycan və Ermənistan zəhmətkeşlərinə və xalqlarına müraciət edərək, onları dostluğa, həmrəyliyə, dinc yanaşı yaşamağa çağırırdı. Bunlarla yanaşı baş katib, 1989-cu ilin Aprel ayında Ermənistanın Spitak rayonunun zəlzələdən zərər çəkmiş 30 mindən çox erməni əsilli əhalisinin Dağlıq Qarabağa köçürülməsinə sərəncam verməyi də unutmadı. Erməni silahlı dəstələri Azərbaycanda sabitliyi pozmaq üçün nəiki təkcə Qarabağda eyni zamanda Azərbaycanın bütün sərhədboyu ərazilərində azərbaycanlılara qarşı silahlı hücumlar həyata keçirirdilər. Qarabağda və sərhədyanı ərazilərdə yaşayan azərbaycanlılar hətta öz evlərinin içərisində belə özlərini təhlükəsiz hiss etmirdilər. Bütün yaşayış məntəqələrində əhali mümkün erməni hücumlarından xəbər tutmaq üçün ov tüfəngləri ilə silahlanaraq, kəndlərinə və qəsəbələrinə keşik çəkirdilər. Qarabağda vəziyyət heç cürə sabitləşmşk bilmirdi. Ağdama hər gün Ağdərə, Əskəran, Xocavənd və Hadrut rayonlarından döyülmüş, yaralanmış adamlar, əzilmiş sındırılmış maşınlar gətirilirdi: "Ağdam-Şuşa-Laçın, Ağdam-Kəlbəcər, Tərtər-Kəlbəcər yollarında günahsız dinc inasnlar erməni silahlıları tərəfindən təhqir edilir və öldürülürdü. Faktiki olaraq hüquqmühafizə orqanları hadisələrə müdaxilə edə bilmirdilər. 1989-cu ilin cəmi bir günü ərzində erməni silahlıları Laçın rayonunun Hacılar, Cağazur, Cicimli, Aşağı Cicimli kəndlərinə basqın edib mal-qaraları oğurlayıb tövlələrə od vurdular. Qayğı qəsəbəsində çalışan fəhlələri və yoldan keçən maşınları yarım gün atəş altında saxladılar. Laçın-Şuşa yolunda bir nəfər mülki şəxsi güllələyib öldürdülər və Xankəndi-Şuşa yolundakı "Ağa körpüsü" adlı Tarixi Memarlıq Abidəsini partlatdılar. Vəziyyət o yerə çatmışdı ki, erməni silahlıları Bakı-Naxçıvan və Bakı-İrəvan yük qatarlarına da hücumlar təşkil edib, yükləri qarət edir, bəzən də 50-60 vaqondan ibarət qatarları çəkib naməlum istiqamətə aparırdılar. Odur ki, Azərbaycan dəmiryolçuları 1989-cu ilin Sentyabr ayında Ermənistan istiqamətində yük aparmaqdan imtina etdilər.
1989-cu ilin Sentyabr ayının 18-də SSRİ MVD-yə məxsus həbi qüvvələri mülki insanlara zor tətbiq edərkən iki nəfəri qətlə yetirdilər. Bu hadisə onsuuz da gediş-gəliş üçün təhlükəli olan Ağdam-Şuşa yolunun birdəfəlik bağlanmasına səbəb oldu.
Azərbaycanda vəziyyətin kifayət qədər gərginləşdiyini hiss edən SSRİ Ali Soveti 28 Noyabr
1989-cu ildə "DQMV-də vəziyyətin normal hala salınması haqqında" məsələ müzakirə edərək, Muxtar Vilayətin hakimiyyət və idarə orqanlarının bərpası şəraitində Xüsusi İdarə Komitəsinin bundan sonra saxlanmasının məqsədə uyğun olmaması barədə qərar qəbul etdi. SSRİ Ali Sovetinin bu qərarından dərhal sonra yəni 01 Dekabr 1989-cu il tarixdə Ermənistan SSR Ali Soveti Azərbaycanın DQMV-nin Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdi. Elə dekabr ayından başlayaraq Ermənistan Hökuməti öz sərhədləri boyca yerləşən Azərbaycan ərazilərinə hücumlar təşkil etməyə başladı. Ermənistan helikokterlərlə Azərbaycanın DQMV-ti, Xanlar və Goranboy rayonlarına xüsusi təlim görmüş silahlı desant dəstələri tökürdülər.
Bu suveren Azərbaycan Republikasına qarşı açıq təcavüz idi. Azərbaycan heç zaman arzulamadığı
və hazır olmadığı, Rusiya tərəfindən planlaşdırılan bir müharibənin astanasında dayanmışdı".

Uğur