Ermənistan niyə təşvişdədir? Layihə

Ermənistan niyə təşvişdədir?

Tural Əliyev: "Təlimlərin Naxçıvanda keçirilməsi həm də siyasi məna daşıyır"

Əli Orucov: "Ordumuzun güclü və hazırlıqlı olması düşməni narahat etməyə bilməz"

Tofiq Abbasov: "Bölgədə olan ən böyük təhlükə artmaqda olan erməni iddialarıdır"

Məhəmməd Əsədullazadə: "Burada hər iki ölkənin hərbi təlimləri işğalçı ölkə Ermənistana bir mesajdı"

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri dünən başa çatıb. Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun, müxtəlif güc strukturlarının və Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri təlimin ssenarisinə əsasən "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib, bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün müvafiq tədbirlər görülüb. Təlimlərə 5000 nəfərədək şəxsi heyət, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaları cəlb olunub.
Bu təlimlər Ermənistanda ciddi narahatlıq doğurub.
"Daşnaksütyun" partiyası bunun Bakı və Ankranın Ermənistana mesajı olduğunu hesab edir. Partiyanın qərargah rəhbəri Kiro Manoyan İrəvanın Naxçıvanla bağlı iddiaları yenidən gündəmə gətirməsinin vaxtının çatdığını açıqlayıb. "İrəvan beynəlxalq müstəvidə Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini qaldırmalıdır", - deyə iddia edib.
Qeyd edək ki, işğalçı Ermənistan Dağlıq Qarabağla yanaşı, Naxçıvan torpaqlarına da iddia edir. Kiro Manoyan söyləyib ki, Qarabağda hərbi fəaliyyətlərin yenilənməsi Türkiyənin maraqlarına cavab vermir. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağda böyük müharibənin başlanmasına izn verməməlidirlər: "Naxçıvanda Türkiyə ilə Azərbaycanın başlatdığı hərbi təlimlər Ermənistan və İrana mesajdır. Ermənistan gərək Naxçıvanın güc yolu ilə Azərbaycana qatılması məsələsini və onun beynəlxalq statusunu qaldırsın".
Türkiyə ilə birgə təlimlərin Naxçıvanda baş tutmasının hansı siyasi əhəmiyyəti var? Ermənistanın narahatlığı əsaslıdırmı?
Politoloq Tural Əliyev bildirdi ki, Naxçıvanda keçirilmiş hərbi təlimlər iki ölkə arasında bağlanmış saziş əsasında aparılır: "Bu məsələnin hüquqi tərəfidi. Təbii ki, bu sazişin əhəmiyyəti siyasi və hərbi cəhətdən çox önəm daşıyır. Türkiyə bildiyiniz kimi NATO-nun üzvüdür. Bu hərbi təşkilat içərisində Türkiyə ordu quruculuğunu bir neçə dəfə moderlənləşdirib. Həm döyüş hazırlığı, həm də hərbi –texniki bazasını çox möhkəmləndirib. Bütün bunları nəzərə alaraq,Türkiyə həmçinin bizə dost və qardaş ölkədir. Türkiyə kimi hərbi qüdrəti olan dövlətlə birgə hərbi təlim keçirtmək və hərbi təcrübələrindən yararlanmaq Azərbaycana bir çox şey qazandırır. Azərbaycan müharibə şəraitində olan ölkədir. Azərbaycan 20 il öncəki dövlət deyil, nizami orudusu və texnologiya baxımından müasirləşir". Onun fikrincə, təlimlərin Naxçıvanda keçirilməsi hərbi cəhəti ilə yanaşı, həm də siyasi məna daşıyır: "Naxçıvan coğrafi baxımından çox həssas yerdə yerləşir. Tarixi prizmadan yanaşsaq ermənilərin bu ərazilərə iddiası, puç olmuş "erməni arzuları" fonunda Naxçıvanda, özü də Türkiyə ilə birgə keçirilən hərbi təlimlər onları qıcıqlandırmaya bilməzdi. Bu birinci hadisə deyil. Ermənistan Rusiya ilə birgə təlimlər keçirir. Sonra da erməni KİV böyük həvəslə bunu tirajlayırlar. Sevinmələrinin səbəbi aydındır, Rusiyanın siyasi və hərbi potensialından maksimum yararlanıb öz ideyalarını həyata keçirmək. Sual olunur, nəyə görə Azərbaycan ona dost və qardaş ölkə olan Türkiyə ilə hərbi təlimlər keçirməsin? Azərbaycanın suveren hüququdur, istənilən dövlətlə Azərbaycan Respublikasının istənilən ərazisində hərbi təlim keçirə bilər və təbii olaraq Qarabağ ərazisi daxil olmaqla. Azərbaycanı sevməyən və ərazisinə indiyə qədər öz marağı çərçivəsində baxan istənilən dövlət nə fikirləşir, fikirləşsin öz işidir, ancaq Azərbaycan kiminsə ərazisində müharibə aparmır, heç kimə qarşı torpaq iddiası yoxdur. Öz ərazi bütövlüyü çərçivəsində hərbi təlimlər keçirib ordu quruculuğunu müasirləşdirmək müstəsna haqqıdır. Təkcə Naxçıvanda deyil, istənilən Azərbaycan ərazisində keçirilən istər Türkiyə ilə birgə, istər Azərbaycan tək keçirsin hərbi təlimi düşmən tərəfə qıcıq yaradır. Naxçıvan ərazisində ikiqat narahatlıq isə dediyim kimi tarixi məsələlər, həm də yerləşdiyi coğrafi mövqe ilə bağlıdır. Naxçıvanın əlverişli mövqeyi Ermənistanı həmişə narahat edir. Bunu hərbi ekspertlər daha yaxşı bilər. Sonda bir şeyi də vurgulamaq istərdim, bu cür hərbi təlimlərin sayı artacaq. Bu şübhəsizdir. Türkiyə və Azərbaycan müstəqil dövlətlərdi, birgə təlimlər iki ölkənin münasibətlərini daha da gücləndərəcək".
Siyasi şərhçi Əli Orucov bildirdi ki, Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri dövlətlər arası razlaşmanın şərtlərinə uyğun hər il keçirilir: "Burada məqsəd hər iki dövlətin silahlı qüvvələrinin döyüş hazırlığını yoxlamaq və yüksətmək, birgə əməliyyatları həyata keçirmək, koordinasiya etməkdir. Naxçıvanın təhlükəsizliyinə cavabdeh olaraq Türkiyənin burada yerləşən hərbi qüvvələrin yüksək döyüş qabiliyyətini saxlaması qardaş dövlətin də marağındadır. Təbii ki Milli Ordumuzun güclü və hazırlıqlı olması düşməni narahat etməyə bilməz. Lakin Türkiyə regionda sülhün və təhlükəsizliyin pozulmasını, münaiqşənin yenidən alovlanmasını istəməz. Onsuz da Türkiyənin Cənub sərhədlərində müharibə gedir, terror tüğyan edir. Azərbaycan tərəfi də sülh prosesinə sadiqdir. Bu baxımdan müharibənin yenidən başlanması ehtimalı azdır. O halda irimiqyaslı hərbi əməliyyatlar aparıla bilinər ki, ermənilər ötən ilin aprelində olduğu kimi ciddi təxribatlara əl atmış olsunlar. Amma bu dəfə də ermənilər yanlıç addım atsalar daha apreldəki kimi müharibəni saxlamq, işğalçıların köməyinə çatacaq qüvvə olmayacaq. Onu da deməliyəm ki, elə taktika seçilməlidir ki, düşmən daima narahat olsun. daha doğrusu seçilən indiki bu taktika davam etdirilməlidir".
Politoloq Tofiq Abbasov dedi ki, Azərbaycan ordusu onsuzda işğalçı ölkənin hərbi imkanlarını bir neçə dəfə üstələyir: "Türkiyə ordusu ilə təlimlərin birgə keçirilməsi iki qardaş məmləkətin ortaq problemlərinin olmasından, irəlidən gələn risk və çağırışlara birlikdə cavab vermə istəyindən irəli gəlir. Bölgədə olan ən böyük təhlükə artmaqda olan erməni iddialarıdır. Onlar təhlükədən başqa bir şey deyil. Məhz buna görə tək Azərbaycan, Türkiyə deyil, həm də Gürcüstan da İrəvanın azğı daveranışından narahatlıq ifadə edərək birgə təlimlərə qoşulur. Təlimlərin Naxçıvan mərhələsi əlbəttə ki nataraz Sarqsyan rejiminə bildirişdir ki, həddini aşmasın. Əgər Qarabağda erməni hərbçiləri vəziyyəti olduğundan da gərgin vəziyyətə salmaq fikrinə düşsələr, onlara daha bir təsirli zərbə endiriləcək. Eləcə də, əgər İrəvan Nqaxçıvan istiqamətində yersiz hərəkətlərə yol versə, yenə də cavabını alacaq. Odur ki, Azərbaycanın Türkiyə ilə təhlükəsizlik müstəvisində birgə təşəbbüsləri, eləcə də Gürcüstanın bu prosesə könüllü şəkildə qoşulması göstərir ki, bölgədə lider rolunu oynayan qüvvələr ən vacib olan problem çərçivəsində - sabitliyin qorunmasında - vahid cəbhə ilə çıxış edirlər...".
Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırdı ki, Naxçıvanda start götürən Azərbaycan-Türkiyə hərbi taktiki təlimləri iki ölkə arasında imzalanmış memoranduma uyğun keçirilib: "Burada hər iki ölkənin hərbi təlimləri işğalçı ölkə Ermənistana bir mesajdı. Qarabağ münaqişəsinin həllində danışıqlardan yayınan rəsmi Yerevan hazırda sərt ritorik siyasət sərgiləyir. Həmçinin Rusiya ilə birgə kiçik təlimlər keçirir. Ona görədə Türkiyə ilə Azərbaycanın bir ay ərzində iki dəfə birgə taktiki təlimləri böyük siyasi hərbi önəm daşıyır. Burada Naxçıvanın müdafiəsinin güclü olduğu nümayiş etdirilir. Naxçıvanda hərbi təlimlərdə əsas məqsəd Ermənistanın işğalçı ordusunun Qarabağ cəbhəsində təxribatları baş verərsə, Naxçıvan istiqamətində fəallaşarsa, düşmənə sarsıdıcı zərbə vurmaq və burada Türkiyənin iştirakını bildirməkdir. Ermənistan zamanla Naxçıvanı gündəmə gətirərək, avantürist siyasət aparırlar. Bunun cavabı güclü ümumi qoşun hərbi təlimlər vasitəsilə həyata keçirilir. Erməni ekspertlərinkn fikirləri bur o qeder əhəmiyyət daşlmasada, ordumuzun müdafiə və hücum taktikaları, birgə təlimlər onları ciddi narahat edir. Həmin ekspertlər bu kimi təlimlərin vaxt gələcək, işğala son qoyacağının əndişəsindədirlər. Türkiyə silahlı qüvvələrinin bölmələri yüksək döyüş hazırlığına malikdirlər və Azərbaycan məhz bu ordu ilə təlimlər keçirərək, möhkəmlənir".
Politoloq Arzu Nağıyev isə dedi ki, bu taktiki təlimlərin əsas əhəmiyyəti ilk növbədə ordunun yeni döyüş texnikasının necə mənsiməsini yoxlamaq, döyüş şəraitinə yaxın və uyğun olaraq hərbi əməlyyatların keçirilməsini mükəmməlləşdirməkdir: "Bundan başqa NATO –nun üzvü olan Türkiyə kimi bir dövlətin hərbiçiləriilə birgə olmaq, eyni zamanda döyüşdə öyrənmək də mühüm əhəmiyyət kəsb edən məsələdir. Məlumdur ki, birgə hərbi təlimləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilir və buraya 5000 nəfərədək şəxsi heyət, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnika cəlb olunub.Naxçıvan bu gün blokada şəraitində yerləşən bir bölgədir və məhz ona görə də burada belə təlimlərin keçirilməsi çox mühüm amildir. Bunu təcavüzkar və işğalçı qonşulardan ermənilər də izləyir və bu həqiqətən də onlara ciddi bir mesajdır. Azərbaycan heç bir hərbi blokda təmsil olmadsa da daima ordu quruculuğunda ikitərəfli əlaqləri inkişaf etdirir və buna çox böyük əhəmiyyət verir. Ermənilərin əsas qorxduğu məsələ məhz Naxşıvanın, eyni zamanda, iqtisdi cəhətdən də daha da güclənməsi və ordu kontingentinin döyüş bacarığının mükəmməl səviyyəyə çatdırılmasıdır. Havadar dövlətlər hesabına döyüş taktikası seçən ermənilər müstəqil Azərbaycan dövlətinin yaratdığı döyüşkən ordudan təbii ki,qorxurlar.Erməni ekspertlər dəfələrlə Azərbaycan ordusunun Naxçıvan tətəfdən ikinci bir cəbhə aça biləcək imkanını vurğulamaqla özlərini sığortalamağa çalışırlar. Məhz elə bu da onları qorxudan əsas narahatlıqdır...".

Əli